Ağır qəza -Yaralılar var

Ağır qəza -Yaralılar var
Bütün Xəbərlər
10:31 01.08.2012
1376
Bu gecə saat 01.00-də Bakı – Quba Rusiya sərhəd yolunun 114-cü kilometrliyində Siyəzən rayonu ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib. Rusiyadan gəlib Zaqatala rayonuna gedən 50 yaşlı Rauf Məhəmmədəli oğlu Ömərovun idarə etdiyi və içində sərnişinlər olan “Mercedes” markalı mikroavtobus 44 yaşlı Cavanşir Talıbovun idarə etdiyi “Belarus MTZ” markalı traktorla toqquşub. Qəza nəticəsində mikroavtobusun sürücüsü ilə birlikdə 8 sərnişin xəsarət alaraq Siyəzən rayon müalicə və diaqnostika mərkəzinə çatdırılıb. Mərkəzdən veriləən məlumata görə, yaralılardan 3-nün vəziyyəti xüsusilə ağırdır. Faktla bağlı Baş Dövlət Yol Polisi istintaq və təhqiqat şöbəsinin əməkdaşları araşdırmalara başlayıb. BDYP-nin müstəntiqi Elşən Mürsəliyevin ANS əməkdaşına verdiyi məlumata görə, hadisəyə səbəb traktorun qəfildən magistral yolun sol tərəfindəki arakəsmədən “Mercedes”in qarşısına çıxması olub.
OXŞAR XƏBƏRLƏR