Bakının bu dairəsində yol qəzası baş verib, günahkar kimdir?
Paytaxtın dairəvi hərəkət təşkil olunmuş yolayrıclarından birində qeydə alınan bu hadisə bir qədər ziddiyətlidir.AZXEBER.COM-un avtosfer.az-a istinadən verdiyi xəbərə görə, “VAZ-2106” markalı avtomobil öz yolu ilə düzünə hərəkət edərkən dairədə olan “Mersedes” onun yoluna çıxır. Qəzadan yayınmağa çalışan “06”nın sürücüsü “ruçnoy” çəkir və qəzadan qismən yayınır.
Əslində, bu hərəkətinə görə “06”nın sürücüsünü peşəkar sürücü adlandırmaq olar. Çünki həmin situasiyaya düşən hər sürücü dərhal çıxış yolu tapa bilmir. Amma “06”nın sürücüsü özünü itirmir və dərhal hərəkət edib istiqaməti dəyişdiyi üçün avtomobilin yalnız arxa hissəsi “Mersedes”ə toxunur. Amma düzünə dəymiş olsaydı heç şübhəsiz ki, həm “06”nın ön tərəfi, həm də “Mersedes”in ortası əziləcəkdi.
Burada iki məqam var; “06” dairədə hərəkət edən maşınları gözləməli idimi? Yoxsa, “Mersedes” və onunla birlikdə hərəkət edən avtomobillər nizamlanmayan yolayrıcında sağdan hərəkət edən “06”ya yol verməli idilər?
Daxili İşlər Nazirliyinin “Təhlükəsiz şəhər” Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınmış bu qəzanın səbəbkarı yəqin ki, artıq cəzasını alıb.