Ağır xəstə olan Brüs Uillisin son görüntüsü yayıldı - FOTO

MAQAZİN
11:17 18.09.2024
232
Afaziya və demensiya xəstəliyi ilə mübarizə aparan Brüs Uillis ötən gün Los-Ancelesdə cangüdəninin idarə etdiyi avtomobildə görüntülənib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, 1987-2000-ci illərdə evli olduğu Hollivud ulduzunun həmkarı, 3 qızının anası Demi Mur keçmiş həyat yoldaşının sağlamlıq durumu ilə bağlı məlumat verib.
 
O, mütəmadi olaraq aktyora baş çəkdiyini deyib:
 
"Onun sağlıq durumu hazırda stabildir. Övladlarıma da hər zaman deyirəm ki, ataları ilə onun olduğu yerdə görüşsünlər, onu yormasınlar. Mən Los-Ancelesdə olanda hər həftə Brüsün evinə gedirəm və paylaşdığımız vaxtı həqiqətən qiymətləndirirəm" deyə dünya şöhrətli aktrisa bildirib.
 
Aysel

 

 

 

 


OXŞAR XƏBƏRLƏR