Bakı-Rusiya sərhədi yolunun 135-ci km-də, Şabran rayonun Şahnəzərli kəndi ərazisində 1 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Sumqayıt şəhər sakini, 1940-cü il təvəllüdlü Ağakişiyev Adil Mustafa oğlunun idarə etdiyi VAZ 2107 markalı avtomobil Bakı-Quba istiqamətində gedərkən qəfil yolun soluna çıxaraq oradakı tut ağacına dəyib. Hadisə nəticəsində sürücü yerindəcə dünyasını dəyişib, onun oğlu Asəf Ağamuradov və bir nəfər sərnişin ağır yaralanıb. Onlar Şabran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Sürücünün meyiti FHN Şimal regional mərkəzinin xilasetmə qrupu tərəfindən çıxarılıb.