Ağır yol qəzası: 3 nəfər yaralandı

Ağır yol qəzası: 3 nəfər yaralandı
Bütün Xəbərlər
16:00 21.06.2013
1003
Sürət həddini aşma yenə də qəzaya səbəb oldu. Budəfəki qəzada ölən olmasa da, 3 nəfər ağır yaralandı. Hadisə Lənkəran rayonunda baş verib. Cənub TV-nin verdiyi məumata görə, Ələt-Astara magistralının 206-cı kilometrliyində baş verən qəzada iki “Jiquli” markalı avtomobil toqquşub. Hadisə dünən saat 16 radələrində qeydə alınıb.Belə ki, rayonun Səpnəkəran kənd sakini Rakif Cəfərov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olan zaman qarşı tərəfdən gələn Bakı şəhər sakini Muxtar Hüseynovun idarə etdiyi “VAZ-2107” markalı avtomobilə çırpılıb. Baş verən qəzada hər iki sürücü və Rakif Cəfərovun həyat yoldaşı Sona Cəfərova müxtəlif dərəcəli xəsarətlərlə Lənkəran Regional Müalicə-Diaqnostika Mərkəzinə çatdırılıblar.Xəstəxanadan verilən məlumata görə, hər 3 yaralıya tibbi yardım göstərilib və onların vəziyyəti orta-ağırdır. Hadisə yerində olan Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının bildirdiyinə görə, ilkin versiya kimi hadisəyə səbəb yüksək sürət olub. Dəqiq səbəblər isə aparılan araşdırmalardan sonra məlum olacaq.
OXŞAR XƏBƏRLƏR