Ağır yol qəzası 9 yaşlı uşağın həyatına son qoydu

Ağır yol qəzası 9 yaşlı uşağın həyatına son qoydu
Bütün Xəbərlər
09:39 09.11.2012
849
Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib.
Şəhərin Şahsevənlər küçəsində Zaur Hüseynov idarə etdiyi VAZ 2106 markalı avtomobillə piyada 9 yaşlı Urfan Poladovu vurub.Gəncə Şəhər Polis İdarəsindən verilən məlumata görə, ilkin araşdırmalar zamanı məlum olub ki, azyaşlı anasının əlindən çıxaraq yolu qaçmağa cəhd edib. Bu zaman hərəkətdə olan avtomobilin sürücüsü idarəetməni itirib və Urfan Poladov avtomobilə çırpılıb. Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.Faktı Gəncə polisi arashdırır.
//anspress
OXŞAR XƏBƏRLƏR