Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, qəza nəticəsində eyni ailənin bir üzvü ölüb, 3 üzvü ağır yaralanıb. Hadisə Şəki-Oğuz yolunun Şəki rayonu Oravan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 1947-ci il təvəllüdlü, Oğuz rayonu Ərmənət kənd sakini Qəhrəman Şəfi oğlu Əfəndiyevin idarə etdiyi “VAZ-2101” markalı avtomobil yol qəzası törədib.Hadisə nəticəsində Q.Əfəndiyevin həyat yoldaşı, 1950-ci il təvəllüdlü, Nurcahan Əfəndiyeva aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Q.Əfəndiyev və ailənin digər üzvləri Rza Qəhrəman oğlu Əfəndiyev, Fəxrumə Əziz qızı Əfəndiyeva aldıqları müxtəlif dərəcəli bədən xəsarətlərilə Şəki Mərkəzi şəhər Xəstəxanasına yerləşdiriliblər. Hazırda onlarının vəziyyətinin orta ağır olduğu bildirilir.Faktla bağlı Daxili İşlər Nazirliyini (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin Qərb şöbəsinin regional bölməsində cinayət işi başlanıb, araşdırma aparılır.