Bu gecə Bakının Yasamal rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Rayonun Talıblı küçəsi ilə Yeni Yasamal yaşayış massivi istiqamətində hərəkət edən “VAZ 2107” markalı avtomobil əks istiqamətdə hərəkət edən “Toyota Prado” ilə toqquşub. Qəza nəticəsində “VAZ 2107”-nin sürücüsü Cəmil Mürsəliyev hadisə yerində keçinib.
Faktla bağlı təhqiqat başlayıb və araşdırmalar davam edir. Qəzanın dəqiq səbəbləri təyin olunmuş avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.