Bu gecə saat 23.00 radələrində Şabran rayonu ərazisində 3 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası meydana gəlib.
Qəza Qəndob – Yalama yolunun Şabran rayonu Uzunbayad kəndi ərazisindən keçən hissəsində baş verib.
Məlumata görə, Şabran rayonu Zeyvə kənd sakini 41 yaşlı Kamil Bayramovun idarə etdiyi “Daewoo Nexcia” markalı avtomobil 28 yaşlı Zamin Güləliyevin idarə etdiyi “Ford” markalı yük maşınıyla toqquşub.
Qəza nəticəsində “Ford”un sürücüsü Z.Güləliyev, minik avtomobilinin sürücüsü K.Bayramov və onun 7 yaşlı oğlu Vazeh müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Baş Dövlət Yol Polisi idarəsinin müstəntiqi Elşən Mürsəliyev faktla bağlı araşdırma başladıldığını, qəzanın dəqiq səbəblərinin təyin oun.
//anspress