Akademik Rafiq Əliyev: “Mən bu məsələni çox yüksək qiymətləndirirəm"
Bütün Xəbərlər
13:42 01.12.2011
1535
Amerikanın məşhur Corctaun (Georgetown) Universiteti və İslami Strateji Araşdırmalar Mərkəzi (Islamic Strategic Studies Center) dünyanın 500 ən nüfuzlu müsəlmanının adını açıqlayıb. Daxil olan məlumatdan bilinir ki, siyahıda 4 azərbaycanlının adı yer alıb. Bunlar Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə, İçərişəhər "Cümə" məscidinin imam-camaatı, DEVAMM sədri Hacı İlqar İbrahimoğlu, məşhur muğam ifaçısı, xalq artisti Alim Qasımovdur.Azərbaycandan siyahıya 3-cü ildir ardıcıl adı düşən Hacı İlqar İbrahimoğlunu akademik Rafiq Əliyev təbrik edib: “Mən bu məsələni çox yüksək qiymətləndirirəm. Hacı İlqar bizim ən böyük ruhanilərimizdən, ziyalılarımızdan, adamlarımızdan biridir. Mənim ona böyük hörmətim var və çox sevinirəm ki, bu siyahıya o düşübdür. Məncə, Hacı İlqar siyahıya layiqincə düşübdür. Mən Hacı İlqarı təbrik edirəm”.