Akademik Rafiq Əliyev Şimali Kiprdə tələbələrlə görüşdü

GƏNCLİK
11:40 07.01.2012
1775
Dünən Şimali Kiprin Doğu Akdeniz Universitetində, eyniadlı universitetin Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə "Qeyri Səlis Məntiq Nəzəriyyəsi" adlı konfrans keçirilib. 
Bu barədə AZXEBER.COM-a DAU Azərbaycan Cəmiyyətinin  Mədəniyyət şöbəsinin müdir müavini Cəfər Mənsimi məlumat verib. Məlumata görə, konfrans açıq elan edilməmişdən öncə,  Azərbaycan və Türkiyənin dövlət himnləri səslənib. 
Daha sonra  konfrans iştirakçılarını salamlayan universitetin tələbəsi Nigar Şərifli,  onların nəzərinə konfransda  proffessor və dünya şörətli alim Rafiq Əlyevin iştirak etdiyini çatdırıb. 
Bundan sonra  Doğu Akdeniz Universitetinin Azərbayacan Cəmiyyətinin prezidenti Elçin Süleymanov konfransı açıq elan edərək, konfransın məqsəd və əhəmiyyətindən söhbət açıb. Bundan başqa o, bildirib ki, konfransda iştirak edən tələbələrə sertifikat veriləcək. 
Açılışdan sonra konfrans iştirakçılarına Rafiq Əliyev haqqında  məlumat verən azərbaycanlı tələbə  bildirib ki,  Doğu Akdeniz Universitetində təhsil almasında onun çox böyük rolu olub. 
Daha sonra Rafiq Əliyevin  "Qeyri Səlis Məntiq Nəzəriyyəsi"  mövzusunda məruzəsi dinlənilib. Məruzə zamanı, təşkilaltçılara və konfrans iştirakçılarına öz təşəkürünü bildirən professor tələbələri maraqlandıran sualları cavablandırıb. 
Sonda Doğu Akdeniz Universiteti Azərbaycan Cəmiyyətinin prezidenti Elçin Süleymanov tərəfindən Rafiq Əliyev  təşəkkürnamə ilə təltif edilib.

OXŞAR XƏBƏRLƏR