Akademikə orden təqdim olundu

Akademikə orden təqdim olundu
Bütün Xəbərlər
00:30 07.04.2012
1098
Azərbaycan Mühəndislik Akademiyasının (AMA) illik ümumi yığıncağı keçirilib. AzərTAc xəbər verir ki, Akademiyanın prezidenti akademik Arif Paşayev tədbirdə çıxış edib.Yığıncaqda bir il ərzində akademiyada görülmüş işlər və perspektiv məsələlər müzakirə edilib. Mühəndislik Akademiyasının nəzdində yaradılacaq Texnoparkın konsepsiyası və inkişaf modeli haqqında da müzakirə aparılıb. Akademiklər Yaqub Eyyubov, Havar Məmmədov, İsmayıl Sadıqov, Əbülfəz Babayevin iştirak etdikləri müzakirələrdən sonra müvafiq qərar qəbul olunub.Yığıncaqda Azərbaycandan Beynəlxalq Mühəndislik Akademiyasına (BMA) həqiqi üzv seçilmiş akademik Əli Abbasov, Hüseynqulu Bağırov, Gülçöhrə Məmmədovaya, müxbir üzvlər Qərib Məmmədov, Rövnəq Abdullayev və Ədalət Səmədova diplomlar verilib.Sonra Akademiyanın üzvlərinə orden və medallar təqdim edilib.Akademiyanın prezidenti akademik Arif Paşayevə MDB və uzaq xarici ölkələrin elmi və mühəndis-texniki cəmiyyətlərinin birləşməsində, mühəndislik elminin və təcrübəsinin inkişafındakı xüsusi xidmətlərinə görə Akademiyanın ən ali mükafatı “Mühəndislik şöhrəti” ordeni təqdim olunub.
OXŞAR XƏBƏRLƏR