xari

Akar: "Qarabağ müharibəsi türk silahlarının effektivliyini açıq şəkildə göstərdi"

SİYASƏT
16:47 19.02.2021
338
"Azərbaycan torpaqlarının işğaldan azad olunması üçün aparılan müharibədə Türkiyə istehsalı olan silah sistemlərinin effektivliyi özünü açıq şəkildə göstərib”.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

"Bu gün Silahlı Qüvvələrimiz yerli və milli imkanlarla istehsal edilən silah, nəqliyyat vasitəsi və hərbi sursatları effektiv şəkildə istifadə edilərək meydanda böyük uğurlara nail olub və olmaqdadır. Artıq Milli Piyada Tüfəngimizi (MPT), öz döyüş gəmilərimizi, freqatlarımızı, pilotsuz uçan aparatlarımızı, zərbə PUA-larımızı, "Fırtına” haubitsalarımızı, YARS-larımızı, ATAK helikopterlərimizi, smart hərbi sursatımızı hazırlayıb istehsal, emal və ixrac səviyyəsinə çatdırmışıq”, - nazir vurğulayıb.
 
///Report

OXŞAR XƏBƏRLƏR