ABŞ Kiyevi kəşfiyyat məlumatlarını kəsməklə hədələdi

ABŞ Kiyevi kəşfiyyat məlumatlarını kəsməklə hədələdi
DÜNYA
02:46 11.10.2026
98
ABŞ Ukraynaya xəbərdarlıq edib ki, Rusiya neft emalı zavodlarına hücumlar davam edərsə, Kiyevin Amerika kəşfiyyat məlumatlarına çıxışı dayandırılacaq.

Bu barədə "Axios” nəşri məlumat yayıb.

Nəşrin iddiasına görə, Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Mayamidə keçirilən görüşdə Ukrayna nümayəndə heyətinə belə bir ultimatum veriblər.

Amerika tərəfi hesab edir ki, Ukraynanın Rusiya neft emalı zavodlarına hücumları ABŞ-da və digər ölkələrdə yanacağın bahalaşmasına səbəb olur.

"Financial Times” isə yazır ki, ABŞ və Ukrayna nümayəndələri arasında danışıqlar nəzərdə tutulduğundan tez başa çatıb. Nəşrin məlumatına görə, Donald Tramp və Vladimir Putinin Rusiya dizelinə tətbiq olunan sanksiyaların aradan qaldırılması barədə qəfil razılaşması Ukrayna nümayəndə heyəti üçün gözlənilməz olub.

Yüksəkvəzifəli ukraynalı məmur FT-yə bildirib ki, iki gün üçün planlaşdırılan danışıqlar ilk gündən sonra başa çatıb və davam etdirilməyib.
 
///modern.az///
OXŞAR XƏBƏRLƏR