Dünyaşöhrətli müğənni Teylor Sviftin son görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Müğənni həyat yoldaşı Travis Kelsi ilə oktyabrın 9-da Nyu-Yorkda şam yeməyindən sonra görüntülənib.
Cütlüyün əl-ələ lentə alınan fotosunda Sviftin geyim tərzi diqqət çəkib. Belə ki, adətən hündürdaban ayaqqabılara üstünlük verən müğənni bu dəfə "babet” geyinib.
Travis Kelsi ilə iyul ayında ailə quran müğənninin bu seçimi onun hamilə ola biləcəyi ilə bağlı ehtimalları gündəmə gətirib.
Lakin cütlük bu barədə hələlik heç bir açıqlama verməyib.
///qafqazinfo///











































