Akif Nağı millət vəkillərinə: 'Əgər Qarabağı sevirsizsə, Ermənistana getməyin'

Akif Nağı millət vəkillərinə:
Bütün Xəbərlər
18:12 11.02.2012
1300
Fevralın sonlarında Azərbaycan Milli Məclisinin bir qrup üzvü Ermənistan paytaxtı İrəvanda keçiriləcək toplantıda iştirak etmək üçün düşmən ölkəyə gedəcək. Məqsəd Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində reallaşdırılacaq tədbirə qatılmaqdır. “Evronest” çərçivəsində baş tutacaq komitə iclasında Cənubi Qafqazın Avropaya inteqrasiyası məsələsi müzakirə ediləcək. Bu barədə redaksiyamıza daxil olan məlumatı deputat Fərəc Quliyev təsdiqlədi. O bildirdi ki, “Euronest”in sosial, mədəniyyət və təhsil komitələrinin iclasında iştirak dəvəti alıblar: “Azay Quliyev, Rövşən Rzayev və mənim bu iclasda iştirakım gözlənilir. Tədbirlərin fevralın 20-26-sı arası keçirilməsi gözlənilsə də, bizim bütün proqrama qatılmaq fikrimiz yoxdur. Biz Sərkisyanla görüşə, yaxud hansısa digər tədbirlərə qatılmaq istəmirik. Yalnız iki rəsmi iclasda iştirak etmək niyyətindəyik. Amma hələ ki iştirak qərarı da tam deyil. Çünki proqram və sənədlərlə bağlı Avropa Birliyinə müraciət etmişik. Həmçinin qətnamə layihəsini alandan sonra son qərarımızı verəcəyik”.F.Quliyev Ermənistana səfərlərin bir qayda olaraq sərt etirazla qarşılanmasına da reaksiya verdi: “Burda məsələ fərqlidir. Bu, Ermənistanın yox, Avropa Birliyinin tədbiridir. Apreldə plenar iclas Bakıda olacaq. Bakıdakı tədbir də Azərbaycanın yox, AB-nindir”. Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə dedi ki, Azərbaycandan kimsə o tədbirə qatılarsa, ölkənin milli maraqlarına zərbə vurmuş olacaq: “Ermənilər hesab edir ki, müharibənin birinci hissəsini başa vurublar, indi qələbəni möhkəmləndirmək lazımdır. Bunun üçün də belə səfərlərin sayını artırmaq lazımdır. Hər kəs bu prosesdə iştirak edirsə, Qarabağın Azərbaycandan uzaqlaşmasına xidmət edir”. A.Nağı deputatlara çağırış etdi: “Mən onlara müraciət edirəm ki, əgər Qarabağı sevirlərsə, bu səfərə getməsinlər, ermənilərin maraqlarına uyğun addım atmasınlar”.

Qeyd edək ki, Ermənistanın bu qurumdakı nümayəndə heyətinin üzvü, “Euronest” Siyasi Komitəsinin sədr müavini Naira Zöhrabyan bir müddət öncə Ermənistanın müstəqilliyinin 20-ci ildönümü ilə əlaqədar nümayəndə heyətinin “Euronest”in komissiyalarından birinin iclasının İrəvanda keçirilməsini təklif etdiyini, lakin Azərbaycanın bunu əngəllədiyini söyləmişdi.

/// musavat.com  

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Toğanalı–Kəlbəcər–İstisu yolunda qar uçqunu - hərəkət məhdudlaşdırıldı
16:52 05.04.2026
Toğanalı–Kəlbəcər–İstisu yolunda qar uçqunu - hərəkət məhdudlaşdırıldı
Netanyahu Trampı təbrik edib: Bütün İsrail sevinir…
16:45 05.04.2026
Netanyahu Trampı təbrik edib: Bütün İsrail sevinir…
Maştağada xətt bərpa edildi
16:20 05.04.2026
Maştağada xətt bərpa edildi
Üç minə qədər gəmi Hörmüz boğazından keçə bilmir
16:12 05.04.2026
Üç minə qədər gəmi Hörmüz boğazından keçə bilmir
Şəmkirdə qətldə şübhəli bilinən yetkinlik yaşına çatmamış şəxs tutulub
15:51 05.04.2026
Şəmkirdə qətldə şübhəli bilinən yetkinlik yaşına çatmamış şəxs tutulub
Bu ərazilərdə mənzillər kəskin bahalaşacaq
15:39 05.04.2026
Bu ərazilərdə mənzillər kəskin bahalaşacaq
FHN: Yağışla əlaqədar tədbirlər davam etdirilir, Keşlədə 58 nəfər təxliyə edilib
15:35 05.04.2026
FHN: Yağışla əlaqədar tədbirlər davam etdirilir, Keşlədə 58 nəfər təxliyə edilib
Heydər Əliyev prospektində yolların kənarına yığılmış yağış suları kənarlaşdırılıb
15:19 05.04.2026
Heydər Əliyev prospektində yolların kənarına yığılmış yağış suları kənarlaşdırılıb
Bakı və Abşeronda toplanan yağış suları kənarlaşdırılır
15:16 05.04.2026
Bakı və Abşeronda toplanan yağış suları kənarlaşdırılır
Buraxılış imtahanı keçirildi - 4 şagirddə telefon aşkarlandı
15:08 05.04.2026
Buraxılış imtahanı keçirildi - 4 şagirddə telefon aşkarlandı
Kəmaləddin Heydərov Badamdardakı sürüşmə zonasında - Fotolar+Video
14:56 05.04.2026
Kəmaləddin Heydərov Badamdardakı sürüşmə zonasında - Fotolar+Video
Kremlin sözçüsü: Putin və Paşinyan arasında qapalı görüş bir neçə saat çəkib
14:37 05.04.2026
Kremlin sözçüsü: Putin və Paşinyan arasında qapalı görüş bir neçə saat çəkib
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçirilib
14:27 05.04.2026
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçirilib
Keşlədə həyətlərin su altında qalmasının səbəbi məlum oldu
14:25 05.04.2026
Keşlədə həyətlərin su altında qalmasının səbəbi məlum oldu
Nəriman ABŞ-da 2-ci oyununa çıxdı
14:19 05.04.2026
Nəriman ABŞ-da 2-ci oyununa çıxdı
Heydər Əliyev prospektində yolların kənarına yığılmış yağış suları kənarlaşdırılıb - VİDEO
13:54 05.04.2026
Heydər Əliyev prospektində yolların kənarına yığılmış yağış suları kənarlaşdırılıb - VİDEO