Akif Çovdarov: "Görünən budur ki, kimlərsə sizin əliniz ilə məni məhv etməyə çalışır"

Akif Çovdarov: "Görünən budur ki, kimlərsə sizin əliniz ilə məni məhv etməyə çalışır"
SOSİAL
14:50 26.09.2016
2690
"Kütləvi informasiya vasitələrində səhhətimlə bağlı verdiyiniz müsahibə dərc olunub. Müsahibənizdə səhhətimin normal olduğunu və hər həftə həkim-kordioloq tərfindən müayinə olunduğumu göstərmisiniz. Həmin yalan dolu müsahibəni hansı məqsədlə və kimlərin sifarişi ilə verdiyinizi yaxşı bilirəm”. "
 
AZXEBER.COM xəbər verir ki, bunu həbsdə olan keçmiş MTN generalı Akif Çovdarov Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin Müalicə İşinin Təşkili İdarəsinin rəisi İftixar Qurbanova göndərdiyi məktubda yazıb.
 
Musavat.com-un yaydığı məktubda A. Çovdarov bildirib ki, xərçəng xəstəliyindən əziyyət çəkir: "Mən 2006-cı ildən ürəyin işemik xəstəliyindən, aorto-koronar şuntlama əməliyyatından sonrakı vəziyyət, səyrici aritmiya, taxsistolik forma xəstəliklərindən əziyyət çəkirəm. Bununla bağlı 2006-cı ilin may ayında Almaniyada ağır cərrahiyyə əməliyyatı keçirmişəm. Həmçinin, 2011-ci ildən xərçəng xəstəliyindən əziyyət çəkirəm və 2011-ci ilin may ayında 6 saatdan artıq çəkən cərrahiyyə əməliyyatı nəticəsində mədəm, öd kisəm və bütün limfa vəzilərim amputasiya olunaraq götürülüb”. "Verdiyiniz müsahibədən belə görünür ki, sizin ya mənim səhhətimdən ümumiyyətlə xəbəriniz yoxdur, ya da sizə verilən göstəriş əsasında özünüzü bilməməzliyə vurursunuz” yazan
 
A. Çovdarov qeyd edib ki, həbs olunandan sonra cəmi bir dəfə 2016-cı ilin may ayında səhhətilə bağlı ekspertiza keçirilən zaman həkim ankoloq tərəfindən müayinə olunub: "Həmin müayinədən sonra keçən dörd ay ərzində bir dəfə də olsun həkim ankoloq tərəfindən müayinə olunmamışam. Halbuki Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Potoloji Anotomiya Birliyinin 102/KEŞ saylı 13 may 2016-cı il tarilxi ekspert rəyində mənim xərçəng xəstəliyindən əziyyət çəkdiyim açıq aydın şəkildə göstərilib”.
 
A.Çovdarov məktubunda öz vəsaiti hesabına müalicə almasına şərait yaradılmasını istədiyini də yazıb: "Dəfələrlə rəsmi şəkildə müraciət edərək öz vəsaitim hesabına həkim ankoloq tərəfindən müayinə olunmağımı xahiş etmişəm. Ancaq müraciətimə bu günə qədər münasibət bildirilməyib. O zaman sual edirəm ki, hansı əsasla nümayişkaranə şəkildə müsahibə verərək mənim səhhətimin normal olduğunu bildirirsiniz?”. Cinayət işi materialları ilə tam şəkildə tanış olmadığnı qeyd edən Çovdarov bunu səhhəti ilə bağlı yaranan problemlərlə əsaslandırıb.
 
Səhhəti ilə bağlı açıqlamalar verən İftixar Qurbanovu başqalarının diqtəsi ilə danışmaqda ittiham edən Çovdarov öləcəyi təqdirdə günahkar olaraq onu görəcəklərini yazıb. "Baş verənlərdən görünən budur ki, kimlərsə sizin əliniz ilə məni məhv etməyə çalışır. Onu da qeyd etmək istəyirəm ki, ailə üzvlərimə sizin bütün qanunsuz hərəkətlərinizlə bağlı, o cümlədən səhhətimlə bağlı verdiyiniz rəy və rəsmi müsahibələri daim toplayaraq saxlamalarını tapşırmışam. Çünki mən xəstəliyimin real olaraq hansı vəziyyətdə olduğunu və qanunsuz olaraq normal həkim müayinəsindən məhrum edildiyim üçün günü-gündən səhhətim pisləşdiyindən istənilən an bu xəstəliklərdən ölə biləcəyimi gözəl bilirəm. Əgər əziyyət çəkdiyim xəstəliklərdən ölərsəm, sizdən mənim sağlamlığımın normal olması barədə verdiyiniz məktub (rəy) və müsahibələrinizə görə mütləq hesab tələb olunacaq.
 
Bu gün tələb olunmasa belə nə zamansa tələb olunacaq. Bunu özünüz də gözəl bilirsiniz”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda bu şəxslərə bayramla əlaqədar pul verildi - Məbləğ
00:12 07.03.2026
Azərbaycanda bu şəxslərə bayramla əlaqədar pul verildi - Məbləğ
İran Naxçıvanı vurduğunu necə ört-basdır edir? - Səfirlə gərgin MÜSAHİBƏ
00:05 07.03.2026
İran Naxçıvanı vurduğunu necə ört-basdır edir? - Səfirlə gərgin MÜSAHİBƏ
Ağ Şəhər metrosu nə vaxt təhvil veriləcək? - VİDEO
23:55 06.03.2026
Ağ Şəhər metrosu nə vaxt təhvil veriləcək? - VİDEO
Azərbaycanda ictimai xadimin həyatına sui-qəsd planının hazırlandığı üzə çıxıb
23:44 06.03.2026
Azərbaycanda ictimai xadimin həyatına sui-qəsd planının hazırlandığı üzə çıxıb
SEPAH-ın Bakı–Tbilisi–Ceyhan neft boru kəmərində planlaşdırdığı terror aktı ifşa olunub
23:42 06.03.2026
SEPAH-ın Bakı–Tbilisi–Ceyhan neft boru kəmərində planlaşdırdığı terror aktı ifşa olunub
Slovakiya Prezidenti: İranın Naxçıvana hücumunu qətiyyətlə pisləyirik
23:39 06.03.2026
Slovakiya Prezidenti: İranın Naxçıvana hücumunu qətiyyətlə pisləyirik
Leyla Əliyeva şəhid anaları ilə iftar süfrəsində - Fotolar
23:24 06.03.2026
Leyla Əliyeva şəhid anaları ilə iftar süfrəsində - Fotolar
Bu kolleclərə yeni direktor müavinləri təyin edildi
23:13 06.03.2026
Bu kolleclərə yeni direktor müavinləri təyin edildi
Masallıda tüfənglə insident törədən şəxs saxlanıldı
23:02 06.03.2026
Masallıda tüfənglə insident törədən şəxs saxlanıldı
BMT baş katibinin sözçüsü: İranın Azərbaycana hücumundan narahatıq
23:00 06.03.2026
BMT baş katibinin sözçüsü: İranın Azərbaycana hücumundan narahatıq
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
22:58 06.03.2026
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
Azərbaycanın builki "Avroviziya" təmsilçisi açıqlandı
22:44 06.03.2026
Azərbaycanın builki "Avroviziya" təmsilçisi açıqlandı
Polşa İranın Azərbaycana PUA hücumunu qətiyyətlə pisləyib
22:39 06.03.2026
Polşa İranın Azərbaycana PUA hücumunu qətiyyətlə pisləyib
Axşam saatlarında İrandan Azərbaycana 210 nəfərin təxliyəsi həyata keçirilib - FOTOLAR
22:29 06.03.2026
Axşam saatlarında İrandan Azərbaycana 210 nəfərin təxliyəsi həyata keçirilib - FOTOLAR
Prezident göstərdiyi həmrəyliyə görə ona minnətdarlığını bildirdi
22:16 06.03.2026
Prezident göstərdiyi həmrəyliyə görə ona minnətdarlığını bildirdi
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç İlham Əliyevə məktub ünvanlayıb
22:14 06.03.2026
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç İlham Əliyevə məktub ünvanlayıb