Akif Çovdarov həkim nəzarətində saxlanılır

Akif Çovdarov həkim nəzarətində saxlanılır
SOSİAL
17:43 27.07.2016
1906
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbs edilmiş sabiq rəisi, general-mayor Akif Çovdarovun səhhəti nəzarətdə saxlanılır.
Bu barədə Trend-ə Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəis müavini İftixar Qurbanov məlumat verib.
Rəis müavini bildirib ki, hazırda A.Çovdarovun səhhəti nisbətən normallaşıb və həkimlər onu daim nəzarətdə saxlayır.
Qeyd edək ki, bir müddət əvvəl 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan A.Çovdarovun səhhətində qəfil problem yaranmışdı və o təcridxananın tib məntəqəsinə yerləşdirilmişdi. Bununla bağlı onun vəkili Baş Prokurorluğa müraciət edilərək generalın tibbi müayinədən keçirilməsi üçün komissiyanın yaradılmasına icazə istəyib.
Müraciətdən sonra A.Çovdarov həkim komissiyası tərəfindən müayinə olunub və onun ürəyində ciddi problem aşkarlanıb. Lakin, o Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülməkdən imtina etmişdi.
Xatırladaq ki, A.Çovdarov 2015-ci il noyabrın 14-də həbs olunub. 2015-ci il noyabrın 15-də Səbail rayon Məhkəməsinin qərarı ilə A.Çovdarov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bu ilin fevral ayında isə A.Çovdarovun barəsində seçilmiş həbs qətimkan tədbiri 4 ay müddətinə artırılıb.
A.Çovdarova qarşı Cinayət Məcəlləsinin 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1 (Rüşvət alma (passiv rüşvətxorluq), qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2 (Rüşvət alma (passiv rüşvətxorluq) təkrar törədildikdə), 311.3.3 (Rüşvət alma (passiv rüşvətxorluq) külli miqdarda törədildikdə), 311.3.4 (Rüşvət alma (passiv rüşvətxorluq) hədə-qorxu tətbiq olunmaqla törədildikdə) və 145.3-cü (Qanunsuz azadlıqdan məhrum etmə, iki və ya daha çox şəxsə qarşı törədildikdə; təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədildikdə; yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə; silahdan, yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə, bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi açılıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp Putin və Zelenski arasındakı mümkün görüşdə iştirak etməməyi üstün tutur
20:50 22.08.2025
Tramp Putin və Zelenski arasındakı mümkün görüşdə iştirak etməməyi üstün tutur
Ağdarədə dağlıq ərazidəki yanğın söndürüldü - VİDEO
20:44 22.08.2025
Ağdarədə dağlıq ərazidəki yanğın söndürüldü - VİDEO
Azərbaycan Prezidenti İlham Əliyevə “Axaltəkə” atı hədiyyə edilib - FOTOLAR
20:31 22.08.2025
Azərbaycan Prezidenti İlham Əliyevə “Axaltəkə” atı hədiyyə edilib - FOTOLAR
Astarada 47 yaşlı qadının qətli ilə bağlı cinayət işi açılıb
20:22 22.08.2025
Astarada 47 yaşlı qadının qətli ilə bağlı cinayət işi açılıb
Məcburi köçkün, yaralanan və girovluqda işgəncə görən şəxslər məhkəmədə ifadə veriblər
20:16 22.08.2025
Məcburi köçkün, yaralanan və girovluqda işgəncə görən şəxslər məhkəmədə ifadə veriblər
Azərbaycan güləşçisi erməni rəqibini məğlub edərək, dünya çempionu oldu
20:09 22.08.2025
Azərbaycan güləşçisi erməni rəqibini məğlub edərək, dünya çempionu oldu
"Fənərbağça" Premyer Liqada çıxış edən futbolçunun keçidini açıqlayıb
19:48 22.08.2025
"Fənərbağça" Premyer Liqada çıxış edən futbolçunun keçidini açıqlayıb
La Liqa təmsilçisi "Çelsi"nin futbolçusunu transfer edib
19:33 22.08.2025
La Liqa təmsilçisi "Çelsi"nin futbolçusunu transfer edib
Trampın keçmiş müşavirinin evində axtarış aparılıb
19:20 22.08.2025
Trampın keçmiş müşavirinin evində axtarış aparılıb
İranda naməlum şəxslər patrul maşınlarına atəş açıblar, 5 polis həlak olub
19:09 22.08.2025
İranda naməlum şəxslər patrul maşınlarına atəş açıblar, 5 polis həlak olub
Makron, Merts və Tusk gələn həftə Moldovaya gedəcək
18:56 22.08.2025
Makron, Merts və Tusk gələn həftə Moldovaya gedəcək
Niderland klubu "Bavariya"nın yarımmüdafiəçisi ilə güclənib
18:45 22.08.2025
Niderland klubu "Bavariya"nın yarımmüdafiəçisi ilə güclənib
Şri-Lankanın keçmiş prezidenti həbs edilib
18:32 22.08.2025
Şri-Lankanın keçmiş prezidenti həbs edilib
“Türkmənistanın belə bir təşəbbüs göstərməsi türk dünyasını güc mərkəzinə çevirəcək”
18:27 22.08.2025
“Türkmənistanın belə bir təşəbbüs göstərməsi türk dünyasını güc mərkəzinə çevirəcək”
Almaniya Fələstinin tanınması prosesini səmərəsiz addım adlandırıb
18:22 22.08.2025
Almaniya Fələstinin tanınması prosesini səmərəsiz addım adlandırıb
Hakerlər İranın onlarla neft tankerinin sistemlərini sıradan çıxarıb
18:10 22.08.2025
Hakerlər İranın onlarla neft tankerinin sistemlərini sıradan çıxarıb