Akif Çovdarovun kriminallarla dolu həyatı - Qısa arayış

Akif Çovdarovun kriminallarla dolu həyatı -  Qısa arayış
Bütün Xəbərlər
15:23 18.11.2015
6727
Son günlər medianın manşetini “bəzəyən” MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general Akif Çovdarovun bütün həyatı kriminal əməllərlə doludur.AZXEBER.COM xəbər verir ki, “azadliq.info” Çovdarovun həyatı və cinayət əməlləri barədə maraqlı informasıya yayıb. Xəbərdə bildirilir ki, Akif Çovdarov 70-80-ci illərdə milis məktəbinə daxil olmaq istəsə də, gözündə qüsura görə bu sevdası baş tutmayıb. Az sonra o, ƏdliyyəNazirliyində həbsxanalar üzrə inspektor vəzifəsində çalışıb.Bir qədər işlədikdən sonra Volqoqrada gedib və orada rüşvət müqabilində milis məktəbinə daxil olub. Akif Çovdarov Volqoqraddan qayıtdıqdan sonra yenidən ədliyyə sistemində işə düzəlib. Bu dəfə o, 2 saylı cəzaçəkmə müəssisəsində rejim inspektoru vəzifəsində çalışıb. Bildirilir ki, Akif Çovdarovun məhbuslara zülmü o həddə çatıb ki, onun yerini 10 saylı cəzaçəkmə müəssisəsinə dəyişiblər. 1985-ci ilə qədər burada işləyib. Daha çonra daxili işlər orqanlarında işə düzəlib. Buradan da qanunsuz əməllərinə görə çıxarılıb.Eldar Mahmudov MTN-ə rəhbər gələnə qədər işsiz qalıb. Eldar Mahmudov nazir təyin ediləndən sonra Akif Çovdarov MTN-ə işə götürülüb və həbsxanaların kurasiyası ona tapşırılıb. Mədət Quliyev Penitensiar Xidmətin rəhbəri təyin olunduqdan sonra Akif Çovdarov bu sahədən uzaqlaşdırılıb. Bu məsələyə görə Eldar Mahmudovla Mədət Quliyevin arasında gərginlik yaşanıb.Məlumatlarda bildirilir ki, Nazim Ələkbərov Penitensiar Xidmətin rəisi olan dövrdə Akif Çovdarov əslən Maştağadan olan kadrlarından birini 1 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyinə gətirib. Az sonra həmin şəxsin atası kriminal zəmində qətlə yetirilib. Akif Çovdarov adamına atasının qətlə yetirən şəxsdən qisas almaq üçün şərait yaradıb. Çovdarovun adamı atasının qatilinin boğazını kəsməyə cəhd edərkən ona ağır xəsarət yetirib. Akif Çovdarovun əli ilə bu iş də ört-basdır edilib. Və bundan sonra Nazim Ələkbərovla Akif Çovdarov arasında qarşıdurma olduğu bildirilir.Qeyd edək ki, A. Çovdarova qarşı irəli sürülən ittihamlar da onun xüsusi xidmət deyil, kriminal bir dəstənin rəhbərliyində olduğunu sübut edir. Çovdarov 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1 (Rüşvət alma (passiv rüşvətxorluq), qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2 (Rüşvət alma (passiv rüşvətxorluq) təkrar törədildikdə), 311.3.3 (Rüşvət alma (passiv rüşvətxorluq) külli miqdarda törədildikdə), 311.3.4 (Rüşvət alma (passiv rüşvətxorluq) hədə-qorxu tətbiq olunmaqla törədildikdə) maddələri ilə ittiham olunur.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Netanyahu: Digər ölkələrin Fələstini tanıması İsraili heç nəyə məcbur etməyəcək
02:52 25.09.2025
Netanyahu: Digər ölkələrin Fələstini tanıması İsraili heç nəyə məcbur etməyəcək
Suriya prezidenti: İsrailin Suriyaya qarşı təhdidləri səngimir
01:25 25.09.2025
Suriya prezidenti: İsrailin Suriyaya qarşı təhdidləri səngimir
Tramp Ağ Evdə Baydenin portretini dəyişdi - VİDEO
23:51 24.09.2025
Tramp Ağ Evdə Baydenin portretini dəyişdi - VİDEO
"Summativ pulu" qalmaqalı: Şagirdlər təhdid edildiklərini deyirlər - VİDEO
23:38 24.09.2025
"Summativ pulu" qalmaqalı: Şagirdlər təhdid edildiklərini deyirlər - VİDEO
İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin təsisçisi ilə görüşüb
23:24 24.09.2025
İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin təsisçisi ilə görüşüb
İmişlidəki kütləvi zəhərlənməyə görə cinayət işi açıldı
23:16 24.09.2025
İmişlidəki kütləvi zəhərlənməyə görə cinayət işi açıldı
Prezident Nyu-Yorkda "Franklin Templeton" şirkətinin baş icraçı direktoru və prezidenti ilə görüşüb
23:12 24.09.2025
Prezident Nyu-Yorkda "Franklin Templeton" şirkətinin baş icraçı direktoru və prezidenti ilə görüşüb
Rubio Moskvaya Ukrayna münaqişəsi ilə bağlı çağırış etdi
22:57 24.09.2025
Rubio Moskvaya Ukrayna münaqişəsi ilə bağlı çağırış etdi
İmişlidə toyda zəhərlənənlərin sayı 53-ə ÇATDI
22:47 24.09.2025
İmişlidə toyda zəhərlənənlərin sayı 53-ə ÇATDI
Prezidentin Nyu-Yorkda Bolqarıstanın Baş naziri ilə görüşü olub
22:26 24.09.2025
Prezidentin Nyu-Yorkda Bolqarıstanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyev Nyu-Yorkda portuqaliyalı həmkarı ilə görüşüb
22:20 24.09.2025
Prezident İlham Əliyev Nyu-Yorkda portuqaliyalı həmkarı ilə görüşüb
Ərdoğan Nyu Yorkda Makronla görüşüb
22:13 24.09.2025
Ərdoğan Nyu Yorkda Makronla görüşüb
İlham Əliyev Nyu-Yorkda ABŞ Ticarət Palatasının baş vitse-prezidenti ilə görüşüb
22:05 24.09.2025
İlham Əliyev Nyu-Yorkda ABŞ Ticarət Palatasının baş vitse-prezidenti ilə görüşüb
Ordubadın 25 kəndi işıqsız qalacaq
21:55 24.09.2025
Ordubadın 25 kəndi işıqsız qalacaq
Prezident "Ares Management"in həmtəsisçisi və baş icraçı direktoru ilə görüşüb
21:44 24.09.2025
Prezident "Ares Management"in həmtəsisçisi və baş icraçı direktoru ilə görüşüb
Binəli Yıldırım: İlham Əliyev Ermənistan-Azərbaycan münaqişəsinin həllində liderlik göstərir
21:37 24.09.2025
Binəli Yıldırım: İlham Əliyev Ermənistan-Azərbaycan münaqişəsinin həllində liderlik göstərir