'Akkord'da özbaşınalıq: Vətəndaşlara külli miqdarda zərər vurulub

Bütün Xəbərlər
15:33 27.05.2015
1143
Şirkət rəhbərliyinin evlərə verilən elektrik xətlərini xəbərdarlıqsız kəsməsi tapşırığı sakinlərin ərzaq məhsullarının xarab olmasına səbəb olub, bəzi vətandaşların isə kommunal borca görə mənzillərinin açarlarının dəyişdirildiyinə dair məlumatlar varAzərbaycanın ən iri korporasiyalarından biri olan «Akkord» şirkətində biabırçı hadisələr yaşanır. JAM.AZ xəbər verir ki, özbaşınalığın pik həddə olduğu şirkət vətəndaşlara divan tutmağa başlayıb.Belə ki, şirkətin Bakıxanov qəsəbəsində inşa etdiyi «Uğur-2» yaşayış kompleksində vətəndaşlar artıq evlərindən çıxmağa qorxurlar. Çünki «Akkord» rəhbərliyinin təlimatı əsasında kommunal borcu olan mənzillərin elektrik xətləri kəsilir. Və bu cəzalandırma sistemi olaraq nəzərdə tutulur.JAM.AZ-a verilən məlumatda qeyd olunur ki, prosesi «Akkord»un Kommunal Borclar Departamenti həyata keçirir. Xüsusi siyahı əsasında binalara daxil olan departament işçiləri vətəndaşlara heç bir xəbərdarlıq etmədən onların elektrik xətlərini kəsirlər. Nəticədə, mənzillərdə mövcud olan soyuducular və digər məişət əşyalarında problem yaşanır. Daha doğrusu, soyuduculardakı ərzaq məhsulları havaların isti keçdiyi bir vaxtda xarab olurlar. Artıq «Uğur-2» yaşayış kompleksində ondan artıq insana bu şəkildə zərər dəyib.Departamentin rəhbəri Şakir adlı şəxslə əlaqə saxlamaq cəhdlərimiz isə hələlik alınmayıb. Gün ərzində onun mobil və iş nömrələrinə etdiyimiz zənglərə cavab verən olmayıb.Onu da bildirək ki, «Akkord»un bu hərəkəti vətəndaşların mənzillərinə külli miqdarda zərər vurub. Belə ki, soyuducuların işləməməsi səbəbindən xarab olan ərzaq məhsulları, xüsusən də ət və ət məhsullarının yaratdığı dəhşətli qoxu evlərdə yaşayışı mümkünsüzə çevirir. Amma işin ən maraqlı tərəflərindən biri də odur ki, «Akkord» rəhbərliyi satdığı mənzil sahiblərini təkcə elektrik xətlərini kəsməklə cəzalandırmır. Artıq bəzi vətəndaşların mənzillərinin kilidlərini də sahiblərindən xəbərsiz şəkildə dəyişdirildiyinə dair məlumatlar var.
OXŞAR XƏBƏRLƏR