'Akkord'un layihəsi fiaskoya uğradı - Evlərdən su damır

Bütün Xəbərlər
15:01 15.11.2012
5934
Bakıda "Akkord" tikitnti şirkəti tərəfindən Bakıxanov qəsəbəsində tikilmiş "Uğur-2" yaşayış kompleksinin sakinləri uğursuzluğa düçar olub. 
AZXEBER.COM-un “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə,  "Uğur-2" yaşayış kompleksinin sakinləri göndərdikləri şikayət məktubunda bildiriblər.
Binanın Anar Məmmədov adlı sakini şikayətində bildirib ki, yol kənarında yerləşən binanın fasadını alkopan və şüşələrdən tikən şirkət görüntü yaratmağa çalışıb: “Səriştəsiz görülmüş işin nəticəsi olaraq yağan yağışlar sakinlərin mənzillərini bərbad vəziyət salıb. Mənzillərə dolan suyun nəticəsidir ki, onlar evlərini təkrar təmir etdirmək məcburiyətindən qalıblar. Zahirən gözəl və işıqlı görünən, lakin insanları uzunmüddətli kredit altında inildəyən sakinlərin yanan ürəyini "Akkord" yağış suları ilə söndürmək istəyir?” 
Xatırladaq ki, sakinlər tərəfindən problemlə bağlı şirkətin bütün məsul şəxslərinə yazılı və şifahi müraciətlər edilib.
“Qafqazinfo” da Akkordla əlaqə saxlayıb. Şirkətdən bildiriblər ki, şikayətlə tanış olandan sonra münasibətlərini açıqlayacaqlar. 
OXŞAR XƏBƏRLƏR