Aksiya keçirən dindarlar 1 polisi yaralayıb, 4 maşına zərər vurublar

Bütün Xəbərlər
15:08 06.05.2011
1712
Bu gün bir qrup dindarın Təhsil Nazirliyinin qarşısında keçirmək istədiyi razılaşdırılmamış aksiya zamanı ətrafdakı obyektlərdə çalışan insanlara məxsus 4 avtomobilə ziyan dəyib. Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, aksiya iştirakçılarının polislərə atdıqları daşların bəziləri obyekt sahibləri və müştərilərə aid olan avtomobillərə dəyib. Nəticədə 4 avtomobilə zərər dəyib.

Verilən digər məlumata görə, aksiya zamanı 1 nəfər polis əməkdaşı qolundan xəsarət alıb. 

Həmçinin bir neçə mülki şəxs də müxtəlif bədən xəsarətləri ilə ambulator müalicə üçün qeydiyyata düşüb.

 

OXŞAR XƏBƏRLƏR