Aksiyada dava salan gənclər bir neçə sutka həbs edildi

Aksiyada dava salan gənclər bir neçə sutka həbs edildi
Bütün Xəbərlər
00:22 19.03.2012
1345
Martın 17-də gənclərin Bakıda keçirdiyi mitinqdə tutulanlara inzibati həbs cəzası verilib.
“Media forum” xatırladır ki, mitinqin qətnaməsi oxunandan sonra aksiyada konsert proqramı başlamış, ancaq az sonra “Bulustan” adlı rep qrupunun ifa etdiyi musiqinin sözlərinə etiraz qarşıdurma yaratmış, polislər repçi Camal Əli, gitaraçı Natiq Kamilov və “NİDA” Vətəndaş Hərəkatının üzvü, bloqçu Etibar Salmanlını tutmuşdu.“Musavat.com”un məlumatına görə, Səbail Rayon Məhkəməsinin qərarı ilə Camal Əli 10, Natiq Kamilov 6, Etibar Salmanlı isə 5 sutka həbs cəzası alıb. Vəkil Anar Qasımlı deyib ki, gənclər İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi (xırda xuliqanlıq) ilə ittiham olunublar.
OXŞAR XƏBƏRLƏR