'Aksiyada polis maşınları əzilib, bir neçə polis ciddi xəsarət alıb' - AÇIQLAMA

Bütün Xəbərlər
14:35 19.01.2013
2403

Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Səhlab Bağırov məlumat verib. Onun sözlərinə görə, aksiya iştirakçıları polisin qanuni tələbinə məhəl qoymadan müqavimət göstəriblər: “Nəticədə polis əməkdaşlarına məxsus avtomobillər əzilib, bir neçə polis əməkdaşı ciddi xəsarət alıb”. S. Bağırov, həmçinin qeyd edib ki, qanunsuz aksiya iştirakçıları arasında saxlanılanlar olub: “Aksiyada iştirak edən şəxslər arasında saxlanılanlar var. Onların dəqiq sayını deyə bilmərəm. Lakin onu deyə bilərəm ki, hadisəyə mütləq hüquqi qiymət veriləcək, qanunu pozan şəxslər cinayət məsuliyyətinə cəlb ediləcəklər”. S. Bağırov aksiyanın dağıdılmasında rezin güllələrdən istifadə edilməsi barədə yayılan məlumatları təkzib edib. Qeyd edək ki, bu gün Binə Ticarət Mərkəzində ticarətlə məşğul olan sahibkarlar ticarət mərkəzinin rəhbərliyi tərəfindən əlavə ödənişlərin tətbiqinə etiraz olaraq aksiya keçiriblər. Aksiya polis tərəfindən dağıdılıb. //apa

OXŞAR XƏBƏRLƏR