Aksiyada saxlanılanlara pul və həbs cəzası verildi - SİYAHI

Aksiyada saxlanılanlara pul və həbs cəzası verildi - SİYAHI
00:55 27.01.2013
3124
Vəkil Elçin Namazovun APA-ya verdiyi məlumata görə, Səbail və Nəsimi rayon Məhkəmələrinin qərarı ilə gənc fəal Emin Milli 15, AXCP gənclər təşkilatının sədri Əbülfəz Qurbanlı 13, VHP gənclər təşkilatından Türkel Əlisoy 13 sutka həbs cəzasına məhkum ediliblər.
 
Bundan başqa Turqut Qəmbər - 2500 manat, Gözəl Bayramlı – 2000, Elşən Həsənov – 600, Elçin Cərullazadə - 600, Ziya Bayramov – 600, Elnur Carçiyev – 600, Tofiq Dadaşov – 450, Xədicə İsmayıl – 400, Səfa Atakişiyev – 400, Aygul Pəncəliyeva – 400, Nihat Hüseynov 500 və Bəxtiyar Hacıyev 600 manat cərimə olunublar.
 
Qeyd edək ki, bu gün bir qrup gənc aksiya keçirməyə cəhd edib.  Aksiya Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmadığı üçün polis tərəfindən qarşısı alınıb.
OXŞAR XƏBƏRLƏR