Aktaudakı təyyarə qəzasında yaralanan Qırğızıstan vətəndaşları Bişkəkə gətirilib

HADİSƏ
10:33 30.12.2024
341
"Azərbaycan Hava Yolları"na məxsus "Embraer 190" təyyarəsinin qəzaya uğraması nəticəsində yaralanan Qırğızıstan vətəndaşları Bişkəkə gətirilib.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Asiya ölkəsinin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti bildirib.

"Qazaxıstanın Aktau şəhərində baş vermiş aviaqəzada xəsarət alan 3 Qırğızıstan vətəndaşının olduğu təyyarə dekabrın 30-na keçən gecə saat 02:52-də Bişkəkdəki Manas Beynəlxalq Aeroportuna insidentsiz enib", - feysbukda dərc olunmuş məlumatda qeyd olunub.

Bildirilib ki, sözügedən şəxslər hava limanından təcili tibbi yardım maşını ilə Milli Xəstəxanaya aparılıblar.

"Hazırda həkimlərin nəzarəti altındadırlar", - mətbuat xidməti vurğulayıb.

Xatırladaq ki, "Azərbaycan Hava Yolları"na məxsus Bakı - Qroznı aviareysini həyata keçirən "Embraer 190" təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Təyyarənin Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın "Pantsir-S" HHM sistemi tərəfindən hücuma məruz qaldığı ehtimal edilir. Hava gəmisinin qara qutularının Braziliyada oxunması qərara alınıb.

Dekabrın 28-də Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək Rusiyanın hava məkanında baş vermiş faciəvi hadisə ilə bağlı üzrxahlığını ifadə etmişdi. Növbəti gün Azərbaycan lideri Moskvanı "öz günahını etiraf etməyə" çağırmışdı.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb