"Kızılcık şerbeti" serialının Alevi Müjde Uzman bir müddət əvvəl izləyicilərinə tükənmişlik sendromuna tutulduğunu açıqlamışdı.
AZXEBER.COM xəbər verir ki, bu xəbərdən sonra setin vizajisti Esra Okumuş paylaşdığı video ilə Müjde Uzmanı ələ salıb.
Okumuş aktrisanın xəstəliyinə gülərək bu anları görüntüləyərək yayımlayıb.
Sosial media hesabında yayılan görüntülərdən sonra serialın prodüseri Faruk Turqut "Lazım olan ediləcək" deyərək məsələdən xəbərdar olduğunu deyib.
Son məlumatlara görə serial vizajistlə yollarını ayırıb.
Aysel