Bu gün Nəsimi rayonu Cavadxan küçəsində 2 maşının toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Bunlar, “Hundai Sonata” və “Volfswagen Touareq” markalı maşınlardı.
“Hyundai Sonata” markalı maşının sürücüsü Raqif Zeynalov, “Volkswagen Touareg” markalı maşının sürücüsü isə aktyor Fərda Xudaverdiyev olub. Qəza zamanı xoşbəxtlikdən xəsarət alan olmayıb. Lakin maşınlara ciddi ziyan dəyib.
Hadisə yerinə gələn Nəsimi rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları qəza ilə bağlı araşdırmalara başlayıb.