Aktyor səhnədə öldü - FOTOLAR

MAQAZİN
13:04 08.01.2015
1607
Məşhur aktyor səhnədə ölüb. Kino aləmini şoka salan daha bir ölüm qeydə alınıb. "Ulduz müharibəsi - gizli təhlükə" (Star Wars: Episode I - The Phantom Menace) adlı filmdə Saesee Tiln obrazını canlandıran aktyor dünyasını dəyişib. 42 yaşlı Khan Bonfils teatr səhnəsində,məşq zamanı səhnədə keçinib.Sənət dünyasını yasa batıran ölüm Londonda baş verib. Dantenin "Inferno" (Cəhənnəm) adlı əsərində rol alan aktyor məşq zamanı qəfildən özündən gedib. Dərhal həkim çağrılıb.Həkimlər gələnə kimi aktyora ürək masajı edilərək, ilkin tibbi yardım göstərilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.Aktyorun ölümünün dəqiq səbəbi bilinmir.
OXŞAR XƏBƏRLƏR