"Aktyorluq təhsilim var, təklif gözləyirəm" - Mərdan

"Aktyorluq təhsilim var, təklif gözləyirəm" - Mərdan
MAQAZİN
16:19 20.05.2026
352
"Əgər işində professional olmaq istəyirsənsə, o işə ən az 10 min saatını sərf etməlisən. Buna görə də özümü peşəkar saymıram".
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri müğənni Mərdan Kazımov deyib.
 
"Qonaqcanlı" verilişində aktyorluq təhsilinin olduğunu açıqlayan Mərdan rejissorlardan təklif gözlədiyini deyib:
 
"Əgər işində professional olmaq istəyirsənsə, o işə ən az 10 min saatını sərf etməlisən. Buna görə də özümü peşəkar saymıram. Çünki musiqiyə daha çox zaman ayırmışam, gələn layihələr də ürəyimcə olmayıb. Türkiyədə aktyorluq təhsili almışam. Gözəl bir layihə və rol təklifi gələrsə, niyə də yox? Azərbaycanda da təhlis alıram, Vidadi Həsənovun tələbəsiyəm".
 
Aysel
OXŞAR XƏBƏRLƏR