'Ağla mənim üçün, bu şəhər, bu sən' - FOTOLAR

MƏDƏNİYYƏT
18:00 27.12.2012
2843
Azərbaycanın böyük bəstəkarı Oqtay Kazıminin ailə üzvlərinin təşəbbüsü, millət vəkili Qənirə Paşayevanın və əməkdar artist Aybəniz Haşımovanın ideya müəllifi olduğu Oqtay Kazıminin 80 illik yubileyi günü ilə bağlı onun musiqiləri əsasında hazırlanmış “Ağla mənim üçün bu şəhər və Sən” adlı layihənin təqdimatı, Oqtay Kazımi gecəsi və konsert proqramı keçirilib. AZXEBER.COM-un məlumatına görə, tədbir millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nın dəstəyi və təşkilatçılığı ilə həyata keçirilib.Layihənin musiqi rəhbəri olan Aybəniz Haşımova tədbirin aparıcısı olub. O, tədbiri açıq elan edərək bildirib ki, ailə üzvlərinin təşəbbüsü və ideyası ilə görkəmli bəstəkar Oqtay Kazıminin indiyədək işıq üzü görməyən bir sıra musiqilərinə, mahnılarına Qənirə Paşayeva sözlər yazıb. Eyni zamanda görkəmli bəstəkarın bəzi əsərləri yenidən işlənərək yeni aranjmanda təqdim olunub.Layihədəki əsərlər əməkdar artistlər Aybəniz Haşımova, Gülyanaq Məmmədova, Firuzə İbadova, gənc və istedadlı sənətçilər Ayaz Qasımov və Aynişan Quliyeva tərəfindən ifa olunub. Layihə mahnılardan ibarət disk yaxın günlərdə dinləyicilərin ixtiyarına veriləcək.Qeyd edək ki, Rəşid Behbudov adına Mahnı Teatrında keçirilən tədbirdə adıçəkilən sənətçilərlə yanaşı, ölkəmizin tanınmış ziyalıları, sənət adamları da iştirak edib.

OXŞAR XƏBƏRLƏR