Ötən gün Bərdə rayonu ərazisində ağır yol qəzası baş verib. Rayon Polis Şöbəsindən lent.az-a verilən məlumata görə, Alaçadırlı kəndi ərazisində 1994-cü il təvəllüdlü Sadiq Rafiq oğlu Xəlilov idarə etdiyi “QAZ 2110” markalı avtomobillə iki nəfəri vurub. Məlumata görə, 18 yaşlı oğlan avtomobillə kənddəki tikinti materialları dükanının qarşısında nərd oynayan adamları vurub. Nəticədə 1965-ci il təvəllüdlü Gündüz Sabir oğlu Salahov və 1964-cü ilə anadan olmuş Fariz Yaqub oğlu Quliyev hadisə yerində ölüb. Qeyd edək ki, hadisəni törətmiş S.Xəlilov həmin avtomobilin sahibi deyil. Usta yanında köməkçi işləyən 18 yaşlı S.Xəlilov “QAZ 2110”u sınaq məqsədi ilə sürürmüş.