Alən Rumestan: "Fransadakı ermənipərəst qüvvələr sülhə mane olurlar"

Alən Rumestan: "Fransadakı ermənipərəst qüvvələr sülhə mane olurlar"
DÜNYA
22:05 12.05.2021
489
"Fransadakı ermənipərəst mövqelilər Azərbaycan ilə Ermənistan arasında sülhün bərpa olunmasına əngəl törədirlər. Azərbaycanın mövqeyi də ətraflı təhlil edilməklə və nəzərə alınmaqla yalnız sülhə doğru addımlamaq olar".

Bu fikirləri "Report"un Fransa bürosuna tarixçi və jurnalist Alən Rumestan (Alain Roumestand) bildirib.

Fransalı jurnalist Azərbaycanla bağlı tarixi və digər reallıqların Fransa mətbuatında qeyri-obyektiv təhlil edildiyini bildirib:

"Son illərdə Fransa mətbuatında Azərbaycanla bağlı xəbərlərə yer verilmir, yaxud da oxuculara yanlış məlumatlar çatdırılır. 44 günlük müharibə zamanı hərbi əməliyyatlara dair səhv məlumatlara tez-tez rast gəlinirdi. Sübut olmadan suriyalıların döyüşlərdə iştirakından yazılır, heç bir Azərbaycan əsgərinin Ermənistana girmədiyi halda, Ermənistanın işğal olunmasından bəhs edillirdi. Münaqişə dini zəmində baş vermədiyi bir halda, onun "Müsəlman barbarları xristian qurbanları"na qarşı baş verdiyini iddia edən məqalələr dərc edilirdi. Lakin bu birtərəfli, qeyri-obyektiv təhlilər yalnız aranı qızışdırmağa xidmət edir və iki ölkə arasında sülhün bərpa olunmasına böyük əngəl törədir. Azərbaycanın mövqeyi də ətraflı təhlil edilməklə və nəzərə alınmaqla yalnız sülhə doğru addımlamaq olar".

Alən Rumestan Azərbaycanla bağlı qeyri-obyektiv yazıların səbəblərinə də toxunub:

"Fransada xüsusi və paradoksal bir vəziyyət yaşanır. Artıq illərdir ki, ölkədə terror aktları törədilir. Müxtəlif icmaların birgə yaşaması problemi baş qaldırıb. Bugünkü gündə vətəndaşlar arasında "İslam", "İslamçılıq", "Radikal İslam" və digər bu kimi mövzuların bir-biri ilə qarışıq salınması meyli yaranıb. Bu vəziyyət Ermənistan-Azərbaycan münaqişəsinə dini ad verilərək qeyri- obyektiv qiymətləndirilməsinə səbəb olan əsas faktorlardandır".

Alən Rumestan Fransadakı erməni diasporunun ictimai fikrə güclü təsir göstərdiyini də bildirib:

"Fransada azərbaycanlı icması azdır, erməni icması isə sayca çoxdur və mütəşəkkil formada, xüsusilə mətbuatda çox aktiv fəaliyyət göstərirlər. Təəssüf ki, iki icma arasında münasibətlər yaxşı deyil. Sülhpərvər insanlar və qurumlar iki icma arasında barış və anlaşma yaratmağa çalışmalıdır. Ümumiyyətlə, münaqişənin təkrarlanmaması üçün, eyni zamanda iqtisadiyyata ziyanlar vurulmasının qarşısını almaq üçün iki xalqın sülh şəraitində yaşamaqdan başqa çıxış yolu yoxdur".

Fransalı jurnalist hesab edir ki, Azərbaycandakı dini tolerantlıq və multikulturalizm onun əsas mədəni sərvətlərindəndir:

"Azərbaycan mənşəyindən, irqindən və dinindən asılı olmayaraq, bütün vətəndaşların təməl hüquqlarını və bərabərliyini təmin edən çox etnik və çox etiqadlı bir ölkədir. Azərbaycan bu gün dünyada mədəniyyətlərarası və dinlərarası dialoq üçün bir platforma olaraq qəbul edilir. Bakı xristian və müsəlman dünyası arasında əlaqələrin inkişafını təmin edən dinlərarası dialoq üçün əsl mərkəzdir".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Goranboyda yük və minik avtomobilləri toqquşub
06:05 11.07.2025
Goranboyda yük və minik avtomobilləri toqquşub
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO