Alena Əliyeva “Çərçivədən kənar” sərgisində - FOTOLAR

Alena Əliyeva “Çərçivədən kənar” sərgisində - FOTOLAR
SOSİAL
23:33 18.03.2026
932
Dünya Daun Sindromu Günü ərəfəsində Daş Salnamə Muzeyində "Çərçivədən kənar” adlı inklüziv incəsənət sərgisi açılıb.

AZXEBER.COM xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Alena Əliyeva, Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva, Milli Məclisin deputatları, mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər.

Tədbir "SOCAR Midstream Gas Operations” şirkətinin təşəbbüsü və dəstəyi, "DADDI” sosial sahibkarlıq müəssisəsinin təşkilatçılığı, bp, PAŞA Holdinq, Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyi, YARAT Müasir İncəsənət Mərkəzi və Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin tərəfdaşlığı ilə baş tutub.

Tədbirdə Heydər Əliyev Fondunun nümayəndəsi Şamil Əzizov, SOCAR MGO-nun icraçı direktoru Polad Rüstəmov, Paşa Holdinqin Baş icraçı direktorun müavini Səidə Baxşıyeva, bp AGT-nin xarici əlaqələr şöbəsinin rəhbəri Günəş Əliyeva, DADDI Sosial Sahibkarlıq müəssisəsinin təsisçisi Məhbubə Əliyeva çıxış ediblər.

Çıxışlar zamanı daun sindromlu şəxslərin cəmiyyətə inteqrasiyasının əhəmiyyəti, onların yaradıcılıq potensialının dəstəklənməsinin vacibliyi və bu istiqamətdə müxtəlif qurumlar arasında əməkdaşlığın rolu vurğulanıb.

Çıxışçılar qeyd ediblər ki, sərginin məqsədi inklüzivliyi və sosial həmrəyliyi təşviq etmək, daun sindromlu şəxslərin yaradıcılıq imkanlarını nümayiş etdirmək və onların potensialını daha geniş ictimaiyyətə təqdim etməkdir.

Tədbir çərçivəsində daun sindromlu müəlliflərin rəsm əsərlərindən ibarət satış-sərgi təşkil olunub. Satış sərgidən əldə olunan vəsait tam şəkildə müəlliflərə təqdim edilib.

Tədbirin bədii hissəsində inklüzivlik mövzusunda məhz bu tədbir üçün bəstələnmiş mahnı gənc ifaçı Əmrah Musayev və daun sindromlu şəxslərin birgə ifasında təqdim olunub. Bundan başqa, daun sindromlu iştirakçıların təqdimatında rəqs və musiqi nömrələri nümayiş etdirilib.

Sərgidə təqdim olunan əsərlər tədbir ərəfəsində YARAT Müasir İncəsənət Mərkəzində keçirilən iki günlük yaradıcılıq master-klassları çərçivəsində hazırlanıb.

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Putin Kremldə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
20:43 05.11.2026
Putin Kremldə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Bu gün Avropada bomba təhdidləri səbəbindən azı 11 aviareys istiqamətini dəyişib
20:39 05.11.2026
Bu gün Avropada bomba təhdidləri səbəbindən azı 11 aviareys istiqamətini dəyişib
Rusiya və İran Rəşt - Astara dəmir yolunun tikintisi üzrə sənədlər paketi imzalayıb
20:32 05.11.2026
Rusiya və İran Rəşt - Astara dəmir yolunun tikintisi üzrə sənədlər paketi imzalayıb
Türkiyədə dəhşət: Üç avtomobildə silahla vurulmuş doqquz nəfərin meyiti tapıldı - Foto
20:25 05.11.2026
Türkiyədə dəhşət: Üç avtomobildə silahla vurulmuş doqquz nəfərin meyiti tapıldı - Foto
İsrailin ən böyük ərəb bloku hökumətin qurulmasını Ayzenkota həvalə etməyi təklif edib
20:19 05.11.2026
İsrailin ən böyük ərəb bloku hökumətin qurulmasını Ayzenkota həvalə etməyi təklif edib
DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək
20:14 05.11.2026
DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək
Azərbaycan Cibuti və Qvineya-Bisau ilə sosial müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
20:10 05.11.2026
Azərbaycan Cibuti və Qvineya-Bisau ilə sosial müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
20:03 05.11.2026
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Sahibə Qafarova Qazaxıstana səfər edib
20:00 05.11.2026
Sahibə Qafarova Qazaxıstana səfər edib
İran Ermənistana xəbərdarlıq edib
19:48 05.11.2026
İran Ermənistana xəbərdarlıq edib
Kodzo Taşima FIFA prezidenti postuna namizədliyini irəli sürüb
19:33 05.11.2026
Kodzo Taşima FIFA prezidenti postuna namizədliyini irəli sürüb
Fransada tələbələr və həmkarlar ittifaqları etiraz edir
19:11 05.11.2026
Fransada tələbələr və həmkarlar ittifaqları etiraz edir
Albaniyada etirazlar zamanı hüquqpozmalara görə 80-dən çox şəxs cərimələnib
18:56 05.11.2026
Albaniyada etirazlar zamanı hüquqpozmalara görə 80-dən çox şəxs cərimələnib
Təhlükəsizlik səbəbindən üç təyyarə Bolqarıstan aeroportlarına enib
18:34 05.11.2026
Təhlükəsizlik səbəbindən üç təyyarə Bolqarıstan aeroportlarına enib
Ağıllı saatlara görə aksiz vergisi alınacaq
18:22 05.11.2026
Ağıllı saatlara görə aksiz vergisi alınacaq
Tikinti və inşaat materialları sektorunun axşam ziyafəti keçirildi - FOTOLAR
18:21 05.11.2026
Tikinti və inşaat materialları sektorunun axşam ziyafəti keçirildi - FOTOLAR