“Ali Baş Komandanımız xalqımızın qələbə səlnaməsini yazır” - Əhliman Əmiraslanov

“Ali Baş Komandanımız xalqımızın qələbə səlnaməsini yazır” - Əhliman Əmiraslanov
SİYASƏT
14:15 05.10.2020
794

"Otuz il ərzində torpaqlarına həsrət qalmış Azərbaycan işğalçıya qarşı Vətən müharibəsi aparır və Azərbaycan Ermənistanın işğal etdiyi torpaqlarını azad etmək üçün bütün hallarda beynəlxalq hüquqa əsaslanır, bu, onun haqq işidir".

AZXEBER.COM xəbər verir ki, bunu Milli Məcisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov deyib. Akademik Ermənistanın artıq çarəsizlik içərisində olduğunu bildirib:

"Bəzi dövlətlər və bir sıra beynəlxalq qurumlar Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqların bərpasına dair çağırışlar edirdilər. Son iki ildə Azərbaycan Prezidenti İlham Əliyev bu ölkələrin diqqətinə çatdırırdı ki, Paşinyan hökuməti danışıqlardan imtina edir. Nəticə isə göz qabağındadır. Ermənistan işğalçı qüvvələrinin təxribatı nəticəsində mülki əhali və hərbi qulluqçular arasında həlak olan və yaralananlar var, çoxsaylı evlərə və mülki obyektlərə ciddi ziyan dəyib. Həlak olanların arasında məktəbli uşaqların, yaşlı insanların olması isə bizi xüsusilə narahat edir. Dünyanın COVID-19 pandemiyasına qarşı mübarizə apardığı bir şəraitdə Ermənistan dövlətinin beynəlxalq hüquqa, BMT Nizamnaməsinə və beynəlxalq ictimaiyyətə hörmətsizliyi ciddi təəssüf və narahatçılıq doğurur. BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini yerinə yetirməyən, habelə beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayan Ermənistanın təxribatçı hərəkətlərini davam etdirməklə fundamental insan hüquqlarını kobud şəkildə pozaraq regionda daha da təhlükəli vəziyyət yaratması beynəlxalq təşkilatlar və aparıcı dövlətlər tərəfindən kəskin şəkildə pislənilməli, Ermənistanın təcavüzü dərhal dayandırılmalıdır. Ermənistan hökumətinin işğalçı siyasətinə qarşı Azərbaycan ordusu öz torpaqları uğrunda son damla qanına kimi vuruşmağa hazırdır, elə buna görə də bütün Azərbaycan müharibənin başlanmasına sevinir, çünki haqlı olduğunu bilir. Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməyən ermənilər hərbi maşınlarını, silah-sursatlarını, hətta bayraqlarını da döyüş meydanında qoyub qaçırlar. Haqq işi uğrunda mübarizəyə qalxmış Azərbaycan öz əzmini dəyişmək fikrində deyil. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 oktyabrda "Əl-Cəzairə” televiziya kanalına verdiyi müsahibədə və 4 oktyabrda Azərbaycan xalqına müraciətində onun öz siyasətində və bugünkü mövqeyində dönməz olduğunu bir daha nümayiş etdirir. Cənab Prezident bildirdi ki, "Bizi döyüşləri dayandırmağa, yenidən mənasız sülh danışıqlarına cəlb etməyə çalışan dövlətlərə üz tutaraq bildirirəm ki, qoy Paşinyan etiraf etsin ki, Qarabağ Ermənistan deyil, eyni zamanda Azərbaycan xalqından üzr istəsin. Bundan sonra bizim şərtlərimizlə döyüşləri dayandırmaq mümkündür.” Dövlət rəhbərinin belə dönməz mövqeyi döyüşçülərimizin də əzmini artırır. Ali Baş Komandanımızın Ordumuzun daha bir qələbəsini elan etməsi, "Madagiz azad edildi. Bayrağımız Madagizdə dalğalanır və onun tarixi adı bərpa edildi: Suqovuşan. Rəşadətli ordumuz Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etdi. Qarabağ Azərbaycandır!” bəyənatları Azərbaycan xalqının qələbə səlnaməsinin parlaq səhifələrindənir".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Volkswagen”in satışları kəskin azaldı
13:40 12.10.2026
“Volkswagen”in satışları kəskin azaldı
Vahid məktəbli formasına qarşı çıxışların sifarişi SEPAH-dan gəlib – FOTOFAKT
13:36 12.10.2026
Vahid məktəbli formasına qarşı çıxışların sifarişi SEPAH-dan gəlib – FOTOFAKT
Pensiya artımları ilə bağlı - AÇIQLAMA
13:28 12.10.2026
Pensiya artımları ilə bağlı - AÇIQLAMA
“6-7 yaşlı uşaqlara bunu rəva görmürəm” – Firəngiz Əlizadə
13:16 12.10.2026
“6-7 yaşlı uşaqlara bunu rəva görmürəm” – Firəngiz Əlizadə
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
13:15 12.10.2026
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
Son dəqiqə! İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi
12:57 12.10.2026
Son dəqiqə! İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi
Nizami Cəfərov: Məktəbli forması sosial bərabərsizliyi aradan qaldırır
12:48 12.10.2026
Nizami Cəfərov: Məktəbli forması sosial bərabərsizliyi aradan qaldırır
Həkim əvəzinə katibə botoks etdi: 16 nəfər xəstəxanalıq oldu
12:46 12.10.2026
Həkim əvəzinə katibə botoks etdi: 16 nəfər xəstəxanalıq oldu
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
12:38 12.10.2026
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
Azərbaycan Prezidenti: Kamboca ilə ticarət dövriyyəmiz hələ də çox aşağı səviyyədədir
12:36 12.10.2026
Azərbaycan Prezidenti: Kamboca ilə ticarət dövriyyəmiz hələ də çox aşağı səviyyədədir
"İrandan idarə olunan qruplar dövlətin təhlükəsizliyi üçün təhdidə çevrilir” - VACİB AÇIQLAMA
12:34 12.10.2026
"İrandan idarə olunan qruplar dövlətin təhlükəsizliyi üçün təhdidə çevrilir” - VACİB AÇIQLAMA
“Daxili sabitliyə zərər vurmaq heç bir tərəfə fayda gətirməz” - Mənsum İbrahimov
12:14 12.10.2026
“Daxili sabitliyə zərər vurmaq heç bir tərəfə fayda gətirməz” - Mənsum İbrahimov
“Azərbaycan qadını, azadlığına sahib çıx!”
12:06 12.10.2026
“Azərbaycan qadını, azadlığına sahib çıx!”
İlham Əliyev Kambocaya səfərə dəvət edilib
12:02 12.10.2026
İlham Əliyev Kambocaya səfərə dəvət edilib
İlham Əliyev: Azərbaycan və Kamboca sülhü, təhlükəsizliyi inkişafın əsas şərti hesab edir
11:58 12.10.2026
İlham Əliyev: Azərbaycan və Kamboca sülhü, təhlükəsizliyi inkişafın əsas şərti hesab edir
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik"
11:57 12.10.2026
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik"