Dünyanın aparıcı avtomobil istehsalçılarından olan "Volkswagen” Qrupunun qlobal avtomobil tədarükü ilin üçüncü rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 14,3 faiz azalaraq 1 milyon 885 min 300 ədədə düşüb.
AZXEBER.COM xəbər verir ki, şirkətin satışlarına Çində bazarın daralması və yerli istehsalçılarla artan rəqabət mənfi təsir göstərib.
İyul-sentyabr aylarında qrupun Çində avtomobil tədarükü 38,5 faiz azalaraq 405 min 800 ədəd olub. ABŞ bazarında isə elektrik avtomobillərinin satışları 86,4 faiz geriləyərək 5 min 100 ədədə düşüb.
Ümumilikdə, "Volkswagen” Qrupunun bu ilin ilk 9 ayında qlobal avtomobil tədarükü ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz azalaraq 6 milyon 11 min ədəd təşkil edib.
Bununla belə, Avropada elektrik avtomobillərinə tələbat artmaqda davam edib. Şirkətin Avropadakı elektrik avtomobili tədarükü üçüncü rübdə 19,6 faiz yüksəlib.
Gülay











































