“Beşiktaş”-“Qalatasaray” matçının hakimi məlum olub

“Beşiktaş”-“Qalatasaray” matçının hakimi məlum olub
İDMAN
14:29 26.11.2026
57
Türkiyə Superliqasının XIII turunda keçiriləcək "Beşiktaş”-"Qalatasaray” matçının hakim təyinatı açıqlanıb.

İstanbul derbisi Oğuzhan Çakıra həvalə olunub.

Çakırın köməkçiləri Anıl Usta və Bersan Duran olacaq. Dördüncü hakim funksiyasını isə Alper Akarsu yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 30-da İstanbulun "Tüpraş” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
OXŞAR XƏBƏRLƏR