Ali Hərbi Məktəbdə kursantlar arasında dava düştü

Ali Hərbi Məktəbdə kursantlar arasında dava düştü
Bütün Xəbərlər
12:19 05.03.2012
1836

Hərbi mənbədən Trend-ə verilən məlumata görə, Emin Nəsirov kursant yoldaşı, 1-ci kursda oxuyan Müşfiq Nurməmmədova döş qəfəsindən bıçaqla xəsarət yetirib.

Nurməmmədov hərbi hospitala yerləşdirilib, vəziyyəti stabildir.

Məlumata görə, insidentə kursantlar arasında şəxsi münasibətlər zəminində baş verən mübahisə səbəb olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev məlumatı təsdiqləyib. Bildirib ki, yaralı kursant həkim nəzarətindədir. Hadisəni törədən kursant isə qauptvaxta salınıb.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR