ABŞ Ali Məhkəməsinin rəsmi internet saytında iyunun 30-da dərc olunan qərara əsasən, məhkəmə ABŞ ərazisində doğulan qeyri-qanuni miqrantların və ölkədə müvəqqəti yaşayan şəxslərin uşaqlarının ABŞ vətəndaşlığı almaq hüququnu təsdiqləyib.
"Vətəndaşlıq həm keçmişdə, həm də bu gün hüquqlara sahib olmaq, siyasi həyatımızda sərbəst iştirak etmək imkanı deməkdir. ABŞ Konstitusiyasına On dördüncü düzəlişin müəllifləri bu hüququ "bu ölkədə azad doğulan hər bir insana" şamil ediblər. Biz bu vədi bu gün də yerinə yetiririk", - deyə Con Roberts məhkəmə adından bildirib.
/Oxu.az











































