Ali məktəblərin vakant yerlərinə tələbə qəbulunun nəticələri bu gün açıqlanacaq

Ali məktəblərin vakant yerlərinə tələbə qəbulunun nəticələri bu gün açıqlanacaq
Bütün Xəbərlər
14:50 23.08.2013
766
Bu gün 2013-2014-cü tədris ili üçün ali məktəblərin vakant yerlərinə və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələri açıqlanacaq.AZXEBER.COM-un verdiyi xəbərə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib.TQDK sədrinin bildirdiyinə görə, artıq 10 495 abituriyent ali məktəblərin vakant yerlərinə və orta ixtisas təhsili müəssisələrinə öz ixtisas seçimini edib. Məleykə Abbaszadənin sözlərinə görə, müsabiqədə 21 400 nəfərin iştirak edəcəyi gözlənilir.
OXŞAR XƏBƏRLƏR