'Ali təhsil müəssisələrinin tələbələri arasında musiqi ifaçılarının müsabiqəsi' yekunlaşıb

GƏNCLİK
10:50 04.05.2013
1929

3 may tarixində Azərbaycan Dövlət Milli Dram Teatrında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə “Ali təhsil müəssisələrinin tələbələri arasında musiqi ifaçılarının müsabiqəsi”nin mükafatlandırma mərasimi keçirilib.

29 aprel tarixindən başlamış müsabiqə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı, “JA1 Biznes & Event” şirkətinin təşkilatı dəstəyi ilə reallaşdırılıb.

Münsiflər heyəti Azərbaycan musiqi sənətinin görkəmli nümayəndələri, xalq və əməkdar artistlər, incəsənət xadimləri, ADMİU-nun professor və müəllim heyətindən ibarət olub.

Mərasimində xalq artistləri Firəngiz Əlizadə, Azər Zeynalov, Yalçın Adıgözəlov, Səkinə İsmayılova, Yalçın Rzazadə, Canəli Əkbərov, Zamiq Əliyev, əməkdar artistlər V.Məmmədəliyev, Q.Kərimova, İ.Muradov, əməkdar incəsənət xadimləri O.Abasquliyev, V.Gərayzadə, Ə.Rəhimov, Təhsil nazirliyinin, ADMİU-nun, dövlət qurumların nümayəndələri, ali təhsil müəssisələrinin rektorları və çoxsaylı qonaqlar iştirak ediblər.

Müsabiqənin yekunu olaraq qaliblər mükafatlandırılıb. Müsabiqə qalibləri pul mükafatı, qiymətli hədiyyə və diplomlarla təltif olunublar. Tədbir qala konserti ilə davam edib.

Qeyd edək ki, müsabiqə 6 ixtisas üzrə yerli və əcnəbi olmaqla 130-dan çox tələbə arasında keçirilib. İştirakçılar vakal, xanəndə, estrada, xalq çalğı alətləri, fortepiano və aşıq sənəti ixtisasları üzrə 2 turdan ibarət olan yarışmada öz bilik və bacarıqlarını nümayiş etdiriblər.

OXŞAR XƏBƏRLƏR