Alim Qasımov teatrda seks səhnəsinə etiraz etdi - VİDEO

Alim Qasımov teatrda seks səhnəsinə etiraz etdi - VİDEO
Siyasət
13:25 31.03.2014
2859
Xalq artisti, dünya şöhrətli muğam ifaçısı Alim Qasımov Akademik Milli Dram Teatrında qalmaqal yaradıb.

Teatrın səhnəsində oynanılan “Qatil” tamaşasındakı yataq səhnələrini Alim Qasımovu əsəbiləşdirib və o, tamaşanı yarımçıq tərk edib. Məlumata görə, xalq artisti əməkdar incəsənət xadimi Əbdül Mahmudbəyovun dəvəti ikə bu tamaşaya baxmağa gəlibmiş. Elə buna görə də etirazını ucadan, yüksək tonla Ə.Mahmudbəyova bildirib: “Ədə Əbdül, məni hara gətitmisən? Bu nə biabırçılıqdır? Gəzmədiyim ölkə qalmayıb, amma mən dünyanın heç bir ölkəsində belə bir biabırçılıq görməmişəm...”

Onun “Qatil”ə olan etirazlı çıxışını aktyorlar, rejissorlar, hətta teatrın direktoru bilsə də, əhəmiyyət verən olmayıb.

Əməkdar incəsənət xadimi Əbdül Mahmudbəyovun AzNews.az-a açıqlamasında məlumatı təsdiqləyib: “Bizi o tamaşaya Mehriban Ələkbərzada və baş rolun ifaçısı Münəvvər Əliyeva dəvət etmişdi. Biz müasir ola, avropalaşa bilərik, amma müqəddəs şeyləri qorumalıyıq. Bizi yaşadan dəyərlər - namus, qeyrət ölçüsüdür. “Azdrama”da bir dənə də olsa ekspert, teatr tarixinə toxunulası heç nə eləmirlər. Akademik Teatrda elə eybəcər səhnəni elə eybəcər şəkldə təqdim etmək açıq-aydın əxlaqa, dəyərlərə ziddir. Tamaşada seks səhnələrini təqdim etmək milli qəhrəmanların həyatını təqdim etməkdən qat-qat çətin və məsuliyətlidir. Bu səhnələr elə dəqiqliyi ilə işlənməlidir ki, insanlarda nifrət hissi yaratmasın. Yoxsa, müasir düşünürəm, nə bilim Avropaya baxış yolverilməzdir. Mən buradan Mədəniyyət və Turizm nazirinə, teatrın direktoru İsrafil müəllimə də səslənirəm. Belə əttökən seks səhnələri eləmək düzgün deyil. Biz bu biabırçılığa dözə bilməyib tamaşanı tərk etdik. Bizdən savayı hansısa institutun 60-dan yuxarı tələbəsi vardı. Onlar da Alim müəllimin səsini eşidib, narazı halda zalı tərk etdilər. Sonra Mehriban xanımla qarşılaşdıq. O, mənə dedi ki, tamaşadan narazı halda getməyinizdən xəbərim var. Təbii ki, mən ona cavab vermədim. Anlaya bilmirəm, bunlar avropalılardan da o tərəfə keçmək istəyir? Bəlkə daha da çılpaq olmaq istəyirlər?”

Qeyd edək ki, əsərin ssenari müəllifi yazıçı-dramaturq Elçin, rejissoru isə Mehriban Ələkbərzadədir.

Sözügedən tamaşadakı erotik səhnəni təqdim edirik: (aznews.az)
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Fənərbaxça" 24,8 milyon avroluq ödənişi əldən verdi
15:50 28.08.2025
"Fənərbaxça" 24,8 milyon avroluq ödənişi əldən verdi
Rusiya Ukraynada "Bayraktar" fabrikini vurdu: Milyonlarla ziyan dəydi
15:49 28.08.2025
Rusiya Ukraynada "Bayraktar" fabrikini vurdu: Milyonlarla ziyan dəydi
Rusiya Ukraynanın hərbi gəmisini vurub, ölən var
15:45 28.08.2025
Rusiya Ukraynanın hərbi gəmisini vurub, ölən var
İran İsrailin bombaladığı binaları sökməyə başladı: Peyk görüntüləri üzə çıxdı
15:41 28.08.2025
İran İsrailin bombaladığı binaları sökməyə başladı: Peyk görüntüləri üzə çıxdı
Türkiyədən İsrailə böyük zərbə: "Mossad"ın məğlubedilməzlik mifi sona çatıb
15:33 28.08.2025
Türkiyədən İsrailə böyük zərbə: "Mossad"ın məğlubedilməzlik mifi sona çatıb
ABŞ-də kütləvi peyvənd problemi: Tramp bu şəxsi vəzifəsindən azad etdi
15:22 28.08.2025
ABŞ-də kütləvi peyvənd problemi: Tramp bu şəxsi vəzifəsindən azad etdi
"Microsoft" iki əməkdaşını işdən çıxardı – İsrailə qarşı aksiya keçirdikləri üçün
15:15 28.08.2025
"Microsoft" iki əməkdaşını işdən çıxardı – İsrailə qarşı aksiya keçirdikləri üçün
“Birbank” tələbə təqaüd proqramının iki illik marafonu uğurla başa çatdı
15:06 28.08.2025
“Birbank” tələbə təqaüd proqramının iki illik marafonu uğurla başa çatdı
Sevginin planeti Venera, eşqin bürcü olan Şirə keçdi
15:06 28.08.2025
Sevginin planeti Venera, eşqin bürcü olan Şirə keçdi
E-kateqoriyalı sürücülər üçün yeni imkan: rəsmi maaş 2000 manat
14:45 28.08.2025
E-kateqoriyalı sürücülər üçün yeni imkan: rəsmi maaş 2000 manat
Azərbaycanlı deputatdan Zatulinə sərt cavab: "Sizin kimilər sərsəmləməkdə davam etsinlər"
14:38 28.08.2025
Azərbaycanlı deputatdan Zatulinə sərt cavab: "Sizin kimilər sərsəmləməkdə davam etsinlər"
Sabah 800-dən çox abonentin qazı kəsiləcək
14:29 28.08.2025
Sabah 800-dən çox abonentin qazı kəsiləcək
Türkiyədə əməliyyatlar nəticəsində minlərlə sintetik həb ələ keçirildi
14:26 28.08.2025
Türkiyədə əməliyyatlar nəticəsində minlərlə sintetik həb ələ keçirildi
Rusiyalı deputatdan Azərbaycan barədə sərsəm AÇIQLAMALAR
14:20 28.08.2025
Rusiyalı deputatdan Azərbaycan barədə sərsəm AÇIQLAMALAR
Paşinyan: Vaşinqton sənədləri üzrə müzakirələr sentyabrdan başlayacaq
13:57 28.08.2025
Paşinyan: Vaşinqton sənədləri üzrə müzakirələr sentyabrdan başlayacaq
Təhsil tələbə krediti almaq istəyənlərin - Nəzərinə!
13:53 28.08.2025
Təhsil tələbə krediti almaq istəyənlərin - Nəzərinə!