Alimlər 95 il sağlam yaşamağın sirrini tapdı: 11 vacib tövsiyə

Alimlər 95 il sağlam yaşamağın sirrini tapdı: 11 vacib tövsiyə
SAĞLAMLIQ
22:23 13.01.2019
4490
Stanford Universitetinin alimləri 95 yaşına qədər sağlam yaşamağın sirrini çözüb.

AZXEBER.COM publika.az-a istinadən xəbər verir ki, alimlərin araşdırması nəticəsində maraqlı faktlar ortaya çıxıb.

Həkiminizi tez-tez dəyişməyin!

Alimlərin sözlərinə görə, illərlə eyni həkim müayinəsindən keçən xəstələr daha uzun ömürlü olur. Bu qayda yalnız ailə həkimi üçün deyil, cərrah, psixiatr və digər həkimlər üçün də keçərlidir. Həkimlər xəstələrin xüsusiyyətlərini yadda saxlayır və baş verən dəyişiklikləri daha tez görürlər. Yeni həkimə müraciət etmək və onun sizin xüsusiyyətlərinizi tanıması vaxt tələb edir.

Büdcənin planını qurub və qənaət edin

Maliyyə ekspertləri maliyyə və fiziki sağlamlıq arasında əlaqə tapmağı sevir. Amerikalı araşdırmaçılara görə, maliyyə böhranı və ziyana düşmək 50 yaşından yuxarı insanların ölüm riskini artırır.

Birincisi, stress səhhətə mənfi istiqamətdə təsir edir. İkincisi, pul itirən insanlar müalicə almaq imkanını itirir. Odur ki, mütəxəssislər təqaüdə çıxmazdan 10 il əvvəl bəlli bir büdcə hazırlanmağı təklif edir. Həmçinin maddi itkilərin səhhətinizə minimum zərər verməsi üçün duyğusal baxımdan hazırlıqlı olmalısınız.

 
Faydalı yağlardan istifadə edin

Amerika Ürək Assosiasiyasının araşdırması göstərib ki, zeytun, avokado və digər təkli doymamış yağlar ürək-damar problemlərinin səbəb olduğu ölüm riskini 16% azaldır. Bundan başqa, rasionunuza süd məhsulları, yumurta, toyuq, qırmızı ət və balıq kimi bəzi heyvan mənşəlli yağlar da daxil etməklə ölüm riskini təxminən 25 faiz azalda bilərsiniz.

Bağırsaqlar

Dünyada aparılan sonsuz sayda araşdırmalar göstərir ki, bağırsaqları sağlam olan insanlar daha çox yaşayır. Bağırsaqların içində yaşayan faydalı bakteriyalar həyatımızı uzadır. Probiotiklər, yediyimiz məhsulların sorulması təsirə malikdir və daha faydalı məhsulların həzm olunmasını dəstəkləyir.

Rahat geyimlər

Alimlər hesab edir ki, insana rahatlıq və nəşə gətirən hər bir şey ömrü uzadır. Odur ki, gözəllik qurban tələb edir məsəlini əldə rəhbər tutaraq hündürdaban ayaqqabılarla özünüzə dözülməz işgəncələr verməyin.

Hərəkət edin

Ofisdə oturub, ya da televizorun qarşısındakı kresloda yatmaqla ömrünüzü sadəcə qısalda bilərsiniz. Gündə 2 saatdan çox oturmaq və ya televiziya qarşısında vaxt keçirmək zərərlidir. Bu vərdişlərdən imtina etməklə həyatınızı təxminən 3 il uzada bilərsiniz.

Həftə sonları doyunca yatın

Artıq həftə sonları yatdığınız üçün özünüzü günahlandırmağı dayandırın! İsveçli alim Torbjörn Akerstedt iddia edir ki, həftə sonları doyunca yatmaq bizi sağlamlıq problemlərindən xilas edir, hətta erkən ölüm riskini azaldır.

Evinizi mütəmadi olaraq təmizləyin

Həftədə 5 dəfə 30 dəqiqə fiziki işlə məşğul olmaq xəstəliklərin səbəb olduğu riski azaldır. Bunun üçün idman zalına belə getməyə gərək yoxdur. Yeri silmək, evi tozsoranlamaq və ya pəncələri silmək kifayət qədər kalori yandırır.

Yaradın

Harvard alimlərinin qənaətincə, həyatdan nə istədiyini bilən, qarşısına qoyduğu məqsədlərə nail olan insanların həyat keyfiyyəti yüksək olur. Gəncliyini boşa xərcləyən və karyera hədəfləri olmayan insanların vaxtından əvvəl ölmək riski yüksəkdir. Odur ki, hədəflər uğrunda qaçmağa və onları reallaşdırmağa hazır olun.

Sizi anlayan insanlarla daha çox söhbət edin

Çevrəsi daha geniş olan insanlar daha uzun yaşayır. Bunun üçün dost sayının çox olması əhəmiyyətli deyil, əsas odur ki, sizi anlasın və ehtiyac olduqda yanınızda olsun. Karyerada böyük uğurlar qazana və sərvət sahibi ola bilərsiniz, ancaq yanınızda sizi sevən dostlarınız yoxdursa, 100 faiz xoşbəxt ola bilməyəcəksiniz.

20-30 dəqiqəlik duz vannası

Bədəninizdəki zərərli toksinlərdən xilas olmaq istəyirsinizsə, maqnezium duzunu sınaqdan keçirin. Bunun üçün vannaya bir qədər duz və bir qədər lavanda yağı töküb 20-30 dəqiqə uzanın. Bu duz ucuz maqnezium qaynağıdır. Əzələ ağrısı, mikoz, burxulmalar və iltihabdan əziyyət çəkən insanlara dəniz vannası qəbul etmək şiddətlə tövsiyə edilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İctimai nəqliyyatda təqaüdçülərə və tələbələrə güzəşt olunması təklif edilir
09:42 27.02.2026
İctimai nəqliyyatda təqaüdçülərə və tələbələrə güzəşt olunması təklif edilir
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
09:41 27.02.2026
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
09:39 27.02.2026
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
09:30 27.02.2026
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
09:28 27.02.2026
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
Azərbaycanda pensiyaların artırılması təklif olunur
09:23 27.02.2026
Azərbaycanda pensiyaların artırılması təklif olunur
Bakıda bu yollarda sıxlıq var - siyahi
08:37 27.02.2026
Bakıda bu yollarda sıxlıq var - siyahi
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
08:14 27.02.2026
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
05:08 27.02.2026
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
03:46 27.02.2026
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
02:27 27.02.2026
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
01:49 27.02.2026
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
01:12 27.02.2026
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
00:42 27.02.2026
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
00:02 27.02.2026
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO
23:50 26.02.2026
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO