Alimlər koronavirusdan ölüm riskini üç dəfə azaldan vitamini açıqladı

SAĞLAMLIQ
23:48 11.12.2020
1350
C vitamini koronavirus infeksiyasından ölümlərin üç dəfə azalmasına kömək edir.

Beynəlxalq alimlər qrupunun araşdırmalarının nəticələri "Nutrients" jurnalında dərc edilib. Bildirilib ki, C vitamininin istifadəsi koronavirus səbəb olduğu ağır xəstəlik sayının azalmasına və nəticədə ölümlərin 68 faiz azalmasına kömək edir. Həmçinin gündəlik 6-24 qram vitamin qəbulu infeksiya halında süni nəfəs cihazında qalma müddətini azaldır.

Tədqiqat müəlliflərindən biri Anitra Karr qeyd edib ki, bədən immun sistemini dəstəkləmək üçün C vitamini istifadə edir, lakin orqanizm C vitamini ifraz edə bilmir. (publika.az)

OXŞAR XƏBƏRLƏR