Alimlər: "Qripə qarşı peyvənd koronavirusa yoluxma riskini azaldır"

SAĞLAMLIQ
21:30 15.09.2021
1035
Niderlandın Radbaud Universitetinin Tibb Mərkəzinin alimləri qripə qarşı peyvənd olunanların koronavirusa yoluxma ehtimalının 47%, ikinci dalğada isə 50% daha az olduğunu aşkar ediblər.

AZXEBER.COM xəbər verir ki, tədqiqatın nəticələri "medRxiv" nəşrində dərc edilib.

Mütəxəssislər qrip peyvəndinin müəyyən dərəcədə koronavirusdan qoruduğuna inanırlar.

Qeyd edək ki, pandemiyanın ilk dalğası zamanı alimlər Niderlandda xəstəxana işçiləri arasında araşdırma aparıblar və qrip əleyhinə peyvənd olunanlar arasında koronavirusa yoluxma riskinin digərlərinə nisbətən 47% aşağı olduğunu sübut ediblər.

OXŞAR XƏBƏRLƏR