Alimlər siqaretin daha bir zərərini müəyyən ediblər

Alimlər siqaretin daha bir zərərini müəyyən ediblər
SAĞLAMLIQ
11:55 12.09.2023
505
Ürək xəstəliklərindən xərçəngə, diabetdən tənəffüs xəstəliklərinə qədər bir çox zərərli təsiri olan siqaretin yeni mənfi təsiri ortaya çıxıb.

AZXEBER.COM xəbər verir ki, Danimarkanın Orhus Universitetinin alimləri tərəfindən aparılan araşdırmada siqaret vərdişinin insan sağlamlığına daha bir mənfi təsiri aşkar edilib.

Elm adamları siqaretin depressiya, bipolyar şəxsiyyət pozğunluğu və şizofreniya kimi xəstəliklərin səbəbi olduğunu ortaya çıxarıblar.

Araşdırmanı aparan alim Doug Speed deyib: "Siqaret psixi sağlamlığa zərər verir. Siqaret tək səbəb olmasa da, siqaret psixi sağlamlıq problemlərinə görə xəstəxanaya düşmə riskini 250% artırır”.

Ayşən
OXŞAR XƏBƏRLƏR