Alimlər ürək döyüntüsü və qan yollarına malik insan embrionunun süni modelini yaradıblar.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, laboratoriyada yetişdirilən embrionların 14 həftədən çox müddətə yetişdirilməsi əksər ölkələrdə qanunsuzdur.
Yumurta, sperma və ya mayalanmaya ehtiyac olmadan insan kök hüceyrələrindən yaradılan sintetik quruluş, adətən hamiləliyin üçüncü və dördüncü həftələrində ortaya çıxan bəzi hüceyrə və strukturları ehtiva edir.
İnsan inkişafının ilkin mərhələlərində olanlara bənzər bu embrion modelləri genetik pozğunluqların və təkrarlanan düşüklərin bioloji səbəbləri ilə bağlı mühüm ipucları verə bilər.
Digər tərəfdən, laboratoriyada yetişdirilən canlılar bir çox ölkədə qanunvericilikdən kənarda qalır. Odur ki, araşdırma həm də ciddi etik və hüquqi problemlər ortaya qoyur.
Ancaq bu model təbii bir embrionda plasenta və yumurta sarısı kisəsini təşkil edən toxumalardan məhrum olmaq üçün xüsusi olaraq hazırlanıb. Deməli, nəzəri olaraq onun dölə çevrilməsi ehtimalı yoxdur.
Tədqiqatın arxasında duran komanda iddia edir ki, ürək döyüntüsü eşidilsə də, bu ölçü modeli etik cəhətdən mübahisəsiz edir.
Tədqiqatçılar əslində bu embrionlardan istifadə edərək hamiləlik zamanı yarana biləcək problemlər üzərində araşdırma aparmağı hədəfləyirlər.
Ötən həftə ayrı bir araşdırma qrupu kök hüceyrələrdən istifadə edərək insan embrionu modeli hazırlayıb.
Digər tərəfdən, Prof. Magdalena Żernicka-Goetz və onun həmkarlarının yaratdığı o embrionun döyünən ürəyi yox idi. Modelə yalnız plasentanı, yumurta sarısı kisəsini və embrionun özünü meydana gətirəcək hüceyrələr daxil olub.
Mikayıl