Alimlərdən xəbərdarlıq: Meymunçiçəyi virusunun əlamətləri dəyişir

SAĞLAMLIQ
13:39 04.07.2022
520
Meymunçiçəyi xəstəliyinin əlamətlərində dəyişikliklər var.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, İngiltərədə aparılan və "The Lancet” tibb jurnalında dərc edilən yeni araşdırma meymunçiçəyi virusunun müxtəlif simptomlara səbəb ola biləcəyini ortaya qoyub.

Araşdırmaların sonunda xəstələrin 67%-nin yorğunluqdan şikayət etdiyi, 57%-nin isə yüksək hərarət olduğu ifadə edilib. "Lancet”də dərc edilən araşdırmada meymunçiçəyi virusuna yoluxmuş xəstələrin 18%-də heç bir əlamət və ya simptomun olmadığı açıqlanıb.

Tədqiqata qatılan insanların son üç həftədə ən azı bir dəfə yeni cinsi partnyorla birlikdə olduqları da açıqlanıb. Respondentlərin yarısı prezervativdən istifadə etmədiklərini bildiriblər.

Aparılan araşdırmalarda meymunçiçəyi virusu zamanı yaranan səpgilərin ümumiyyətlə cinsiyyət orqanlarında cəmləşdiyi görülüb.
 
Ayşən

OXŞAR XƏBƏRLƏR