Bu gün Türkiyənin tanınmış aktrisası, “Çalıquşu” serialının qəhrəmanı Azərbaycana gəlib. Bir neçə gün Bakıda olacaq Aydan Şener reklam siması olacağı şirkətin çəkilişlərində iştirak edəcək. Çəkilişlər 3 gün davam etsə də, məşhur aktrisa avqustun 29-na qədər paytaxtımızda qalacaq.
Qeyd edək ki, Aydan Şener tanınmış türk yazıçısı Rəşad Nuri Güntəkinin “Çalıquşu” romanı əsasında ekranlaşdırılmış eyniadlı serialda oynadığı Fəridə obrazı ilə məşhurlaşıb.