Ötən şənbə Moskvada ilin ən möhtəşəm hadisəsi - 23 dekabrda rəsmi nigaha girmiş Rusiya estradasının Primadonnası Alla Puqaçovanın və Maksim Qalkinin toy mərasimi olub. Buna qədər cütlük 10 il vətəndaş nigahında yaşayırdı və heç kim Primadonnanın bu yaşında beşinci dəfə ərə getməyə qərar verəcəyinə inanmırdı.
Primadonna xudmani restoranda ancaq ən yaxın dostlarını toplaıb. Alla Borisovna Life News saytına açıqlamasında, "Mən ümid edirəm ki, bu mənim sonuncu nigahımdır. Toyumuzu bu gün Moskvada qeyd edirik, sonra isə toy səyahətinə çıxacağıq. Maksim mənə qolbaq hədiyyə edib, mən indi bahalı qadınam", - deyib.
Yaxşı paparazzi xidməti göstərən Puqaçovanın qızı Kristina Orbakayte öz Tvitter səhifəsində qapalı keçən gecədən bir neçə şəkil qoyub. Elə də təmtəraqlı olmayan toya cəmi 40 nəfər ən yaxın dostlar və qohumlar dəvət olunub. Qonaqlar arasında estrada artisti Vladimir Vinokur, müğənnilər Aleksandr Buynov, Yana Rudkovskaya, Nikolay Baskov, modelyer Valentin Yudaşkin və başqaları olub.
Qeyd edək ki, Primadonnanın eks həyat yoldaşı Filipp Kirkorov mətbuatın ziddinə gedərək toyda iştirak edib. Bu, 35 yaşlı Maksim Qalkinin birinci, 62 yaşlı primadonnanın isə beşinci evliliyidir. Alla Puqaçova Qalkindən əvvəlki həyat yoldaşı Filip Kirkorovla VVAQ-da nikaha girməklə yanaşı, kilsədə də evlənmişdi(ans press).